Qüdsdə avtomobilin qəsdən vurması nəticəsində iki nəfər yüngül xəsarət alıb...
Poliqon xəbər verir ki, b barədə İsrailin “Times of Israel” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, polis hadisəni terror aktı adlandırıb.
“Hücumda iştirak edən iki terrorçu hadisə yerini piyada tərk ediblər”, deyə xəbərdə qeyd edilir.
Nəşr bildirir ki, hücumçuların qaçış yolunda avtomat tapılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gediblər.
Poliqon.info