Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İsrail ordusuna qarşı sanksiyaları gücləndirməyə hazırlaşır

Vaşinqton İsrail ordusunun bir neçə bölməsinə qarşı sanksiya tətbiq etmək niyyətindədir...

ABŞ administrasiyası əsasən millətçi ultra-pravoslav yəhudilərdən ibarət “Netzach Yehuda” batalyonundan əlavə, daha bir neçə İsrail Müdafiə Qüvvələrinə (IDF) və polis bölmələrinə sanksiya tətbiq etməyi düşünür.

Poliqon xəbər verir ki, bu barədə ABŞ-dakı öz mənbələrinə istinadən “The Times of Israel” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ Dövlət Departamenti bir ildən artıqdır ki, “Netzach Yehuda” və digər bölmələrin əsgərləri tərəfindən Fələstin əsilli ABŞ vətəndaşları da daxil olmaqla insan hüquqlarının pozulmasını araşdırır.

Qeyd edək ki, 2022-ci ilin dekabrında İDF, bir daha fələstinlilərlə qarşılaşmamaq üçün batalyonu İordan çayının qərb sahilindən çıxarmaq qərarına gəlib, lakin əsgərlər və zabitlər iddia etdikləri cinayətlərə görə heç vaxt məsuliyyətə cəlb edilməyiblər.

Qəzetin digər mənbəsi isə ABŞ sanksiyalarının ciddi nəticələrinin gözlənilmədiyini bildirib. Sanksiyalara görə isə “Netzach Yehuda” batalyonu Amerika ordusu ilə təlimlərdə iştirak edə bilməyəcək və İsrailə müttəfiq silahlarını batalyona ötürmək qadağan olunacaq. Lakin sanksiya İsrail komandanlığına dövlətin öz hesabına aldığı Amerika silahlarını batalyona ötürməyi qadağan etmir.

Qeyd edək ki, bundan əvvəl Axios portalı məlumat vermişdi ki, ABŞ dövlət katibi Entoni Blinken bir neçə gün ərzində İordan çayının qərb sahilində insan haqlarının pozulmasına görə İsrail ordusunun bölmələrindən birinə qarşı sanksiyaların tətbiqini elan edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil

Salome Zurabişvili Pasxa bayramı ilə əlaqədar 25 məhkumu əfv edib

Ən çox oxunanalar