Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Qırğız Respublikası Parlamentinin sədri ilə görüşüb

Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstan Parlamentinin (Joqorku Keneş) sədri Nurlanbek Şakiyev ilə görüşüb...

XİN-dən Poliqon-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə strateji əməkdaşlıq münasibətləri, əməkdaşlığın gələcək perspektivləri və parlamentlərarası əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin ölkə liderləri arasında mövcud qarşılıqlı etimad və siyasi dialoq nəticəsində daha da möhkəmlənərək “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” ilə təsbitini tapdığını məmnunluqla qeyd edib. Qarşılıqlı səfər və təmasların mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov görüş zamanı, xüsusilə də parlamentlərarası müstəvidə ölkələrin bir-birinin mövqeyinə qarşılıqlı dəstək göstərməsinin vacibliyini qeyd edib, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsində geniş perspektivlərin mövcud olduğunu vurğulayıb.

Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafının önəmi vurğulanıb. Xüsusilə, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadə olunması istiqamətində TDT-yə üzv dövlətlər arasında intensiv təmasların vacibliyi vurğulanıb. Bu xüsusda, TDT-nin cari ilin iyul ayında Şuşa şəhərində keçiriləcək növbədənkənar zirvə görüşünün və oktyabr ayında Bişkekdə keçiriləcək rəsmi sammitin Təşkilatın inkişafına xidmət edəcək təmaslardan biri olacağına dair inam ifadə olunub.

Nazir Ceyhun Bayramov, həmçinin həmsöhbətinə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri və AzərbaycanErmənistan arasında normallaşma prosesi barədə məlumat verib.

Joqorku Keneşin sədri Nurlanbek Şakiyev öz növbəsində ölkəsinin Azərbaycanla qədim tarixi bağlara əsaslanan qardaşlıq münasibətlərinə önəm verdiyini və daha öncə qeyd edilən sahələrdə mövcud əməkdaşlığın təkmilləşdirilməsi perspektivlərinin mövcudluğunu qeyd edib. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirdə iştirak məqsədilə ölkəmizə səfərini mənnunkuqla xatırlayan spiker, iki ölkə parlamentləri arasında əməkdaşlığın gündən-günə dərinləşdiyini vurğulayıb.

Görüş zamanı həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər müzakirə edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay