Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qara çay koronavirusu təsirsiz hala gətirir

Corciya Universitetinin alimləri müəyyən ediblər ki, süd və şəkərsiz çay tüpürcəkdə “SARS-CoV-2”ni təsirsiz hala sala bilər ki, bu da virusun aşağı tənəffüs sisteminə daxil olmasına qismən mane olur...

“Reoprt” xəbər verir ki, araşdırmanın nəticələri Food and Environmental Virology (FEV) jurnalında dərc olunub.

ABŞ alimlərinin tədqiqatının məqsədi beş növ çayın (yaşıl, qara, moruq, evkalipt və nanə) antibakterial və antiviral xüsusiyyətlərini öyrənmək olub.

Tədqiqatçılar süd və şəkər əlavə edilmədən fincanlara hər növdən paket çay tökərək dəmləyiblər. On dəqiqədən sonra sınaq borularındakı koronavirusa yoluxmuş insanların tüpürcək nümunələri fincanlara əlavə edilib.

Təcrübənin nəticələri göstərib ki, bütün beş növ çay tüpürcək nümunələrində 10 saniyə qaldıqda virusun aktivliyi ən azı 96% azalıb. Qara çay ən aydın antiviral xüsusiyyətlərə malik olub. O, “SARS-CoV-2”ni 99,9% zərərsizləşdirib.

Alimlər qeyd ediblər ki, virus əvvəlcə ağızda çoxalır və ağciyərlərə çatmazdan əvvəl orofarenksdən keçir. Lakin, onun ağızda inaktivasiyası aşağı tənəffüs sisteminə nüfuz etmənin qarşısını ala bilər.

Tədqiqatçıların fikrincə, çay antibakterial və antiviral təsirini tərkibindəki polifenollara, xüsusi bitki birləşmələrinə borcludur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay