Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yellen: Əgər siz Rusiyanın hərbi gücünün artırılmasına kömək etsəniz, Vaşinqton sizin dalınızca gələcək...

ABŞ Maliyyə Naziri Canet Yellen Çində dörd günlük danışıqları bu ölkənin banklarına və ixracatçılarına xəbərdarlıqla başa vurub...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, ABŞ səfirinin Pekindəki iqamətgahında keçirdiyi mətbuat konfransında Yellen Çinə ciddi xəbərdarlıq ey=tdiyini açıqlayıb.

“Mən vurğuladım ki, Çin şirkətləri Rusiyanın müharibəsinə maddi dəstək verməməlidirlər və belə etsələr, ciddi nəticələrlə üzləşəcəklər. Rusiya müdafiə sənayesi bazasını hərbi və ya ikili təyinatlı mallarla təmin edən mühüm əməliyyatları asanlaşdıran istənilən banklar ABŞ-ın sanksiyaları riskinə məruz qalacaqlar”, deyə ABŞ-ın maliyyə naziri bildirib.

Bloomberg qeyd edir ki, Çin əvvəllər də xəbərdarlıqların hədəfi olsa da, Yellenin Pekində verdiyi mesaj qeyri-adi idi, çünki bu xəbərdarlıq birbaşa sanksiyalar təhdidini ehtiva edirdi.

“Bu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukrayna da daxil olmaqla, məsələləri müzakirə etmək üçün Pekinə gəldiyi gün baş verib. Çin münaqişə ilə bağlı mövqeyini bitərəf kimi qələmə versə də, Rusiya ilə ticarət başlayandan bəri kəskin şəkildə artıb”, deyə Agentlik qeyd edir.

Bloomberg yazır ki, ABŞ Maliyyə Nazirliyinin beynəlxalq maliyyə institutlarına qarşı əsas silahı onların ABŞ dollarına çıxışını kəsə bilməsidir ki, bu da beynəlxalq səviyyədə fəaliyyət göstərən istənilən bank üçün təhlükə yaradır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar