Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarova: Mirzoyan kimi insanlar Ermənistanı dalana sürükləyir - Yenilənib

Ararat Mirzoyan kimi insanlar Ermənistanı dalana sürükləyir...

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Argentina mediasına müshaibəsində “RusiyaErmənistan fərqli-fərqli dillərdə danışır” açıqlamasını şərh edərkən deyib.

“Həqiqətdən də istehza etməyim gəlir. Mənə elə gəlir, bunu etməyə dəyməz. Mən də dillərlə bağlı sözlərlə oynaya bilərəm. Ona görə ki, belə insanlar Ermənistanı dalana sürükləyirlər. Başa düşürsüz məsələ nədir? Mirzoyan müsahibəsində Ermənistanın Rusiya ilə diplomatik münasibətlərini kəsməsinin mümkünlüyü ilə bağlı suala cavab verib. Bildirib ki, gələcəyi proqnozlaşdıra bilməz. Qəribədir. Adətən, hakimiyyətdə olan siyasətçilər sadəcə gələcəyi proqnozlaşdırmırlar, onlar onu (gələcəyi-red) yaradırlar. Onlar tendensiyaları proqnozlaşdıra bilərlər, deyə bilərlər ki, neqativ ssenarilərin reallaşmaması üçün hər şeyi edəcəklər. Cənab Mirzoyanın isə dediklərini eşitmək üzücüdür”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova Mirzoyanın həmin müsahibədə “İrəvanın hazırda əsas tərəfdaşları ABŞAvropa İttifaqıdır” bəyanatına da münasibət bildirib:

“Soruşmaq olar, ind, yəni nə vaxt? 2024-cü ilin mart, aprel ayları? Buna kimi, bundan sonra tarix bununla bitir, bəyəm?! Ermənistan Rusiyanın müttəfiqidir. Ermənistan Avrasiya İttifaqının, KTMT və MDB-nin üzvüdür. O ki qaldı Avrasiya İttifaqına və MDB-yə, Ermənistan bu əməkdaşlıqda maliyyə, iqtisadi gəlirlər əldə edir. Bir müddət əvvəl Ermənistan rəhbərliyi ən yüksək səviyyədə bəyan etmişdi ki, bu strukturlar ölkənin təhlükəsizliyi, iqtisadiyyatının inkişafı və Cənubi Qafqazda təcrid olunmaması üçün prinsipial dərəcədə vacibdir. Bu, unudulub? Bu artıq həqiqət deyil? Nə vaxt aldatdınız? Onda, ya indi? Bu nə 180 dərəcə dönüşdür belə?”

***

Ararat Mirzoyan kimi insanlar Ermənistanı dalana sürükləyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Argentina mediasına müsahibəsində “RusiyaErmənistan fərqli-fərqli dillərdə danışır” açıqlamasını şərh edərkən deyib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Ən çox oxunanalar