Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Argentina Senatı prezidentin əsas islahat fərmanının əleyhinə səs verib

Argentina Senatı iqtisadiyyatın liberallaşdırılmasına yönəlmiş əsas sənəd olan prezident Xavyer Maylinin fövqəladə fərmanını rədd edib...

Poliqon xəbər verir ki, bu barədə Argentinanın "La Nacion" qəzeti məlumat yayıb.

"Fərman qəbul olunmayıb", deyə senatın rəhbəri və ölkənin vitse-prezidenti Viktoriya Villaruel bildirib. Səsvermə Senatın "YouTube" kanalında yayımlanıb.

Sənədin lehinə 25 senator, əleyhinə 42 senator səs verib, 4-ü isə bitərəf qalıb.

2023-cü ilin dekabrında Xavyer Miley iqtisadiyyatın tənzimlənməsinin dayandırılması üçün 300-dən çox islahat haqqında fərman imzalayıb. Bu sənəd onun ölkənin inkişafı ilə bağlı baxışını əks etdirir. Fərmanın bəzi müddəaları əvvəlcə Argentinanın Deputatlar Palatası tərəfindən dəstəklənən qanunlara çevrilib və sonra maddə-maddə səsvermə yolu ilə yenidən baxılmaq üçün göndərilib.

Fövqəladə fərman dövlət şirkətlərinin özəlləşdirilməsini, qiymət tənzimlənməsinin ləğvini, kənd təsərrüfatı təyinatlı torpaqların əcnəbi mülkiyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, əmək münasibətləri və vergi siyasətinin islahatını nəzərdə tutur. Ötən il dekabrın sonunda fəaliyyətə başlayıb, lakin onun bəzi maddələri məhkəmə tərəfindən müvəqqəti olaraq dayandırılıb. Fərmana parlamentin hər iki palatası baxmalıdır.

Cümə axşamı Argentinanın vitse-prezidentinin təklifi ilə fərman Senatda səsverməyə çıxarılıb. İndi bununla bağlı Deputatlar Palatası qərar verəcək. Aşağı palata sənədi dəstəkləsə, o, qüvvədə qalacaq. Fərmanı ləğv etmək üçün hər iki palata onun əleyhinə səs verməlidir.

Vitse-prezidentin fərmanı səsverməyə çıxarmaq qərarı yerli mediada Villaruel və Miley arasında mümkün fikir ayrılıqları ilə bağlı spekulyasiyalara səbəb olub. Lakin prezidentin sözçüsü Manuel Adorni mübahisəni rədd edərək dedi ki, onlar arasında heç bir münaqişə yoxdur və böyük bir komanda kimi işləyirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar