Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putinin rəfiqəsi” adlandırılan Le Pen Rusiyanı müharibəyə görə sərt şəkildə tənqid edib

Fransanın sağçı populist “Milli Birlik” partiyasının keçmiş lideri, uzun müddət “Putinin rəfiqəsi” kimi tanınan Marin Le Pen parlamentdə Ukraynaya dəstək müzakirəsi zamanı gözlənilmədən Rusiyanı müharibəyə görə sərt tənqid edib...

Poliqon xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Le Pen Milli Assambleyanın tribunasından fevralın 24-də Ukraynaya genişmiqyaslı hücumla Rusiyanın “Aİ-nin astanasında müharibəyə və son 20 ilin ən dramatik geosiyasi böhranına yol açdığını” bəyan edib və xatırladıb ki, bu müharibə nəticəsində minlərlə ölü və yaralı var. Milyonlarla insan isə öz evlərindən didərgin düşüblər.

“Biz təcavüzə məruz qalmış Ukrayna xalqına hörmət və dəstəyimizi borcluyuq... Məhz Ukrayna xalqının qəhrəmancasına müqaviməti sayəsində Rusiya məğlub oldu”, deyə Marin Le Pen deyib.

Le Pen Fransanın Ukraynaya həm müharibə səbəbindən xaricə gedən ukraynalılara sığınacaq, həm də maddi yardım, o cümlədən silah şəklində dəstək verdiyini xatırladıb.

Eyni zamanda, Le Pen prezident Emmanuel Makronun gələcəkdə Qərb müttəfiqlərinin qoşunlarının Ukraynada potensial mövcudluğunu istisna etmədiyi barədə sözlərini də tənqid edib.


Siyasətçi həmçinin Makronu seçki məqsədləri naminə Ukraynadakı müharibəni “instrumentallaşdırmaqda” ittiham edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Barış Akarsunun 17 ildən sonra ortaya çıxan son görüntüsü gündəm oldu - Video

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - Video, Foto

Axtarışda olan şəxs polisə xəsarət yetirib qaçmağa çalışdı - Yenilənib

Ən çox oxunanalar