Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əczaçının xəstəyə resept yazmaq səlahiyyəti varmı?

Səhhətimizdə narahatlıq yarandıqda ağrılardan daha tez qurtulmaq üçün bəzən xəstəxanaya, ixtisaslaşmış həkimə yox aptekə müraciət edirik. Bəzi aptek işçiləri, əczaçılar hiss olunan simptomlara uyğun müxtəlif dərman preparatlarından istifadəni tövsiyə edirlər.

Sağlamlığımızı etibar etdiyimiz əczaçıların hamısının tibb təhsilli olması naməlumdur. Bəziləri ixtisasca əczaçı olsalar belə, bu onlara xəstəni müalicəyə yönləndirmək hüququ vermir.

Bəs əczaçının bu addımı nə qədər doğrudur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan terapevt, tibb eksperti Rasif Bağırov deyib ki, əczaçının xəstəyə müalicə üçün dərman yazmağa ixtiyarı yoxdur:

“Əczaçı dərmanın xüsusiyyətini bilə bilər, amma xəstəyə dərman yazmaq, onu müalicə etmək üçün diaqnoz qoymaq lazımdır. Diaqnoz qoymaq üçünsə xəstənin və xəstəliyin simptomlarını bilmək vacibdir. Onların və müəyyən müayinələrin əsasında xəstəyə konkret diaqnoz qoyulur və bundan sonra müalicə yazılır”.

Həkim əczaçıya bununla bağlı sertifikatın verilməsinin də mümkünsüz olduğunu vurğulayıb:

“Əczaçı klinist, yəni xəstəni müalicə edən həkim deyil, əczaçı dərmanların xüsusiyyətini bilən adamdır. Tutaq ki, hansısa dərmanın bədəndə hərəkətini, tərkibini, filan məqsəd üçün istifadə olunduğunu bilir. Əczaçı dərman təchizatı və satışı ilə məşğul olan adamdır. Ona ancaq əczaçılıq sənayesi və əczaçılıq məsələsi ilə bağlı sertifikat verilə bilər. Müalicə işi ilə bağlı heç kim sertifikat verə bilməz”, - deyə ekspert əlavə edib. 

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay