Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail BMT-dən HƏMAS-ı terror təşkilatı kimi tanımasını tələb edir

İsrailin xarici işlər naziri İsrael Katz BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında çıxışı zamanı Fələstinin HƏMAS hərəkatını terror təşkilatı kimi tanımaq və qruplaşmaya qarşı sərt sanksiyalar tətbiq etməyi tələb edib...

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti" Agentliyi məlumat yayıb.

Görüşə israilli girovların qohumları ilə birlikdə gələn Katzın sözlərinə görə, BMT HƏMAS-ın hərəkətlərinə çox uzun müddətdir ki, susub. Nazir xatırladıb ki, dünya təşkilatı ötən il oktyabrın 7-dən indiyədək 40-dan çox iclas keçirib, lakin heç vaxt HƏMAS-ın cinayətlərini pisləməyib.

Katz qeyd edib ki, HƏMAS-ın cinayətləri "Əl-Qaidə" və İŞİD tərəfindən törədilən terror aktlarından da ağırdır. O bildirib ki, HƏMAS terror təşkilatı elan edilməli və ciddi sanksiyalara məruz qalmalıdır.

İsrailin xarici işlər naziri BMT Təhlükəsizlik Şurasından bütün girovların qeyd-şərtsiz azad edilməsi üçün HƏMAS-a maksimum təzyiq göstərməyi tələb edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar