Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özbəkistanda axtarışda olan şəxslər həmin ölkəyə ekstradisiya edilib

Özbəkistan Respublikasının vətəndaşları 1989-cu il təvəllüdlü Şodiyev Şaxboz Komil oğlu və 1997-ci il təvəllüdlü Satımboev Şaxboz Akmalxon oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Özbəkistanda dələduzluq, mənimsəmə və ya israf etmə, rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə əməllərinin törədilməsində təqsirləndirilən Ş.K.Şodiyev, dələduzluq, pasport və ya digər mühüm şəxsi sənədlərin qanunsuz əldə edilməsi əməllərinin törədilməsində isə təqsirləndirlən Ş.A.Satımboev beynəlxalq axtarışa verilib. Qeyd olunan şəxslər 2023-cü ildə Azərbaycanda müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilərək, onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə sorğu edən ölkənin səlahiyyətli orqanlarına təhvil veriliblər.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Paşinyan parlamentdə danışdı: "Azərbaycana 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edirik"    

Bu ölkə Türkiyəyə sanksiyanı aradan qaldırdı

Ən çox oxunanalar