Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Sabah Oğuz, Şəki və Xaçmaz rayonları, həmçinin Bakının Qaradağ rayonunun Qobu qəsəbəsinin qaz təchizatı məhdudlaşdırılacaq...

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, sentyabrın 13-də saat 09:00-dan "Qaz İxrac” İdarəsinə məxsus ölçü qovşağının yenidən qurulması, saat 10:00-dan isə “Yaqublu qol yüksək təzyiqli qaz kəməri”ndə təmir-bərpa işlərinin aparılması və "Şəki-Cəfərabad” ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin Bakının Qaradağ rayonunun Lökbatan-Qobu yolunun sol tərəfində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Oğuz rayonunun tam olaraq, ŞəkiXaçmaz rayonlarının bir hissəsinin, Qaradağ rayonunun isə Qobu qəsəbəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Poliqon.info


Etiket: Qaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Bu ölkə Türkiyəyə sanksiyanı aradan qaldırdı

Bakıda avtomobil marketə çırpılıb, yaralananlar var - Video, Yenilənib

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Ən çox oxunanalar