Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və beş ölkənin xüsusi təyinatlıları real döyüş şəraitinə uyğun təlim keçirib - Video

Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən "Sonsuz qardaşlıq - III" çoxmillətli təlimi davam edir...

Poliqon xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlıları poliqonda yaradılmış təlim nöqtələrində taktika, atəş, snayper, dağ və paraşüt hazırlığı üzrə praktiki məşqləri yerinə yetirirlər.

Çoxmillətli qruplar halında keçirilən döyüş hazırlığı məşğələləri iştirakçı ölkələrin hərbi qulluqçularının təcrübəsindən bəhrələnməyə və onların tətbiq etdiyi forma və metodları mənimsəməyə imkan yaradır.

Təlimin növbəti mərhələsində iştirakçı bölmələrin qarşısında yaşayış məntəqəsindəki qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim-döyüş tapşırığı qoyulub.

Real döyüş şəraitinə uyğunlaşdırılmış təlimdə xüsusi təyinatlılar tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.

Bu cür təlimlər bölgələrdə sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə səylərin birləşdirilməsinə xidmət edir və şəxsi heyətin qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqların uğurlu icrasına böyük töhfə verir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Bu ölkə Türkiyəyə sanksiyanı aradan qaldırdı

Bakıda avtomobil marketə çırpılıb, yaralananlar var - Video, Yenilənib

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Ən çox oxunanalar