Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mindən çox ailə güzəştli şərtlərlə mənzil əldə edəcək - Foto

Azərbaycanda vətəndaşların sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mərkəzində dayanır...

Paytaxtla bərabər, regionlarda vətəndaşların sosial məsələlərinin həllinə böyük diqqətlə və həssaslıqla yanaşılır.

Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib ki, agentliyin növbəti layihəsi - Şirvan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.

Məlumat verilib ki, Şirvan şəhərində səkkiz hektardan çox ərazidə inşa olunan Şirvan Yaşayış Kompleksi 25 binadan ibarətdir. Doqquz və 12 mərtəbəli binalarda ümumilikdə 1264 mənzil olacaq. Bunlardan 32-si studiya tipli, 216-sı ikiotaqlı, 768-si üçotaqlı, 248-i dördotaqlıdır. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik olmaqla bir uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulur. Bütün mənzillər vətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təklif olunacaq.

Bir müddət sonra Şirvanda yaşı 35-dən çox olmayan gənc ailə üzvləri və ailə vəziyyətindən asılı olmayaraq, digər vətəndaşlar güzəştli şərtlərlə mənzillər almaq hüququndan istifadə edə biləcəklər.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin regionda ilk layihəsi Sumqayıt şəhərində icra olunub.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar