Çin beynəlxalq səviyyədə Rusiya və Ukrayna tərəfindən tanınacaq sülh sammitinin keçirilməsini dəstəkləyir...
Poliqon xəbər verir ki, belə bir bəyanatla Çinin xarici işlər naziri Van İ çıxış edib. Nazirin sözlərinə görə, Çin tərəfinin bütün səyləri münaqişənin sülh yolu ilə nəticələnməsinə yönəlib.
"Çin həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan, bütün tərəflərin bərabər iştirakı və bütün sülh planlarının qərəzsiz müzakirəsi ilə vaxtında beynəlxalq sülh konfransının çağırılmasını dəstəkləyir", deyə Van İ illik mətbuat konfransında deyib.
Çinin xarici işlər naziri qeyd edib ki, əgər hamı BMT Nizamnaməsinin prinsiplərini nəzərə alsa və bütün tərəflərin narahatlığı lazımi qaydada həll edilərsə Avropa davamlı təhlükəsizlik sistemi qura biləcək.
Poliqon.info