Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Model sevgilisini döyən Ziya Hüseynzadə 20 il həbs oluna bilər    

Model sevgilisini döyməyə görə həbs edilən Ziya Hüseynzadənin dələduzluq, qanunsuz külli miqdarda kredit alma və digər ittihamlarla təqsirləndirildiyi iş üzrə məhkəmə istintaqı başlayıb...

Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib.

“PKF Audit Azerbaijan” və “PKF Audit Consulting” MMC-nin təsisçisi Ziya Hüseynzadənin ittiham edildiyi ilk epizod külli miqdarda qanunsuz kredit götürməsi ilə bağlıdır. 

İttihamda deyilir ki, Z.Hüseynzadə digər şəxslə əlbir olaraq Salyan rayonunun Yenikənd və Pambıqkənd kəndlərindəki istixanalarda tərəvəz məhsullarının yerləşdirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından 2 milyon dollar kredit almağa nail olub. Bu hərəkətləri ilə o, banka külli miqdarda ziyan vurub. Z.Hüseynzadə bundan sonra eyni banka təkrar ziyan vurub. Belə ki, o, özünü şirkət rəhbəri kimi təqdim edərək 5 milyon 600 min avro kredit götürüb.

Bundan əlavə, təqsirləndirilən şəxs digər şəxslə əlbir olaraq cinayətdən xəbərsiz təsisçisi olduğu MMC-nin direktoru Aydın Rzayevin vaxtilə başqa bir işə bağlı verdiyi etibarnaməni saxtalaşdırıb. Saxtalaşdırılmış etibarnaməni “Muğan Bank”ın baş ofisinə təqdim edib. Bu hərəkətləri ilə Hüseynzadə və əlbir olduğu şəxs 30 min manat dəyərində vəsaiti nağd şəkildə götürüblər. Daha sonra isə “Muğan Bank”ın Xəzər rayon şöbəsindən 2 milyon dollar götürüb. 

Z.Hüseynzadə, həmçinin aldatma və ələ keçirmə yolu ilə bu iş üzrə zərərçəkmiş qismində tanınmış Kənan Rəsulovun adına iqlim çərçivəsində investisiya adı ilə müvafiq qurumdan 260 min avro qrant alıblar. Hüseynzadə 260 minin 133 min avrosunu özünə götürüb. Bu hərəkətləri ilə isə o, Kənan Rəsulova həmin məbləğdə ziyan vurub. 

Ziya Hüseynzadə ittihama münasibətdə özünü təqsirli bilməyib. 

Hakim qeyd edib ki, müttəhim verilmiş ittihamlarla təqsirli bilinərsə, 20 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Prosesin sonuna yaxın zərərçəkmiş Kənan Rəsulovun vəkili məhkəmədə mülki iddia qaldırıb. Tərəf onlara dəymiş 130 min dollar məbləğində ziyanın, həmçinin ödənilmiş 5 min manat rüsumun Ziya Hüseynzadədən tutularaq zərərçəkmişə ödənilməsini istəyib.

Növbəti iclas martın 13-nə təyin edilib. 

Qeyd edək ki, Z.Hüseynzadənin digər cinayət işi üzrə məhkəmə araşdırması da davam edir. Həmin işə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hüseynzadə həmin işdə əzab verməkdə, xuliqanlıqda, oğurluqda və digər cinayətlərdə ittiham edilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Ən çox oxunanalar