Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaqauziya muxtariyyəti Moldovadan ayrılmağa hazırlaşmır...

İndi Qaqauz muxtariyyətinin Moldovadan ayrıldığını elan etmək üçün heç bir ilkin şərt yoxdur...

Poliqon xəbər verir ki, bunu "RİA Novosti" Agentliyinə müsahibəsində Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul bildirib.

Qutsul xatırladıb ki, Moldova qanunvericiliyinə görə, bu, yalnız ölkənin müstəqilliyini itirdiyi halda baş verə bilər. Qutsul əlavə edib ki, Qaqauziya ilə rəsmi Kişinyov arasındakı bütün ziddiyyətlər "siyasi müstəvidə"dir və sünidir.

Martın 1-də Qaqauz muxtariyyətinin rəhbəri Rusiyaya işgüzar səfər edib. Siyasətçi Federasiya Şurasının rəhbəri Valentina Matvienko ilə görüşüb. Qutsul senatorla söhbəti zamanı Kişinyovun "qaqauz xalqının hüquqlarına zülm etdiyindən şikayətlənib". Matvienko da öz növbəsində bəyan edib ki, Rusiya muxtariyyətə "kömək etməyə hazırdır".

Qaqauziya Moldovanın cənubundakı muxtariyyətdir və ənənəvi olaraq Rusiya Federasiyasının təsirir altındadır. Kişinyov isə Avropaya inteqrasiya kursunu elan edib.

Bu arada, Moldova parlamentinin sədri İqor Qrosu bildirib ki, Kişinyov 2030-cu ilə qədər Avropa İttifaqına daxil ola bilər. O xatırladıb ki, dövlət başçısı Maya Sandu 2030-cu ilə qədər Aİ-yə daxil olmaq məqsədini açıqlayıb.

"Bu, bizim qarşımıza qoyduğumuz məqsəddir. Mən bu məqsədi dəstəkləyirəm, lakin eyni zamanda həmkarlarıma da dedim və hamıya deyirəm ki, biz bu prosesi sürətləndirməyə çalışacağıq", deyə Qrosu bildirib.

Onun sözlərinə görə, Moldova, Ukrayna və bütün Avropada sürətlənmiş dinamika var - hadisələr çox sürətlə inkişaf edir, 10 il əvvəl belə deyildi:

"Biz bu çətin vəziyyətdə uyğunlaşmalı, imkanlar tapmalıyıq. 2022-ci ildə biz namizəd ölkə statusunu aldıq, 2023-cü ildə isə danışıqlara başladıq".

Dekabrın 24-də Moldova prezidenti Maia Sandu ölkə parlamentinə respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı vətəndaşların rəyini öyrənmək üçün referendum təşkil etmək təklifi ilə çıxış edib. 2023-cü ilin sonunda parlament üzvləri Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləyiblər ki, ona görə də parlament və prezident seçkiləri günü referendum keçirilə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ən çox oxunanalar