Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden seçici dəstəyinə görə Tramp və Heylidən geri qalır

ABŞ Prezidenti Co Bayden amerikalı seçicilərin dəstəyi baxımından həm sələfi Donald Trampdan, həm də BMT-nin keçmiş səfiri Nikki Heylidən geri qalır...

“The New York Times” və Siena Kollecinin keçirdiyi sorğuya görə, hər iki respublikaçı prezidentliyə namizəd Baydeni qabaqlayır.

Seçicilərdən “əgər prezident seçkiləri bu gün keçirilsə və namizədlər Demokratlar Partiyasından Co Bayden və Respublikaçılar Partiyasından Donald Tramp olsaydı” kimə səs verəcəkləri soruşulub.

Respondentlərin 48%-i Trampı, 43%-i Baydeni dəstəkləyəcəyini bildirib.

Bayden və Heyli arasında seçim edərkən sorğu iştirakçılarının 45%-i xanım siyasətçiyə səs verəcəklərini deyib.

Sorğu həmçinin müəyyən edib ki, amerikalıların yalnız 24%-i Birləşmiş Ştatların “düzgün istiqamətdə getdiyinə” inanır, 65%-i hazırkı administrasiyanın siyasətini bəyənmir.

Sorğunun nəticələrinin statistik səhvi 3,5 faiz bəndi təşkil edir. Araşdırma 25-28 fevral tarixlərində aparılıb. Burada bu il keçiriləcək prezident seçkisində səs vermək niyyətində olan 980 nəfər iştirak edib

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrda keçiriləcək. (oxu.az)

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Ərdoğan: “İsrail Qəzzada dayandırılmasa, dünya yeni münaqişələrlə üzləşəcək”

İsrailin Münhendəki baş konsulluğuna hücum olub

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Ağ Ev: ABŞ İsrailin Rəfahdakı fəaliyyətini izləməyə davam edəcək

Ən çox oxunanalar