Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fələstin prezidenti Netanyahunun Qəzzanın müharibədən sonrakı inkişafı planını rədd edib

Fələstin prezidenti Mahmud Abbas İsrailin Baş naziri Benyamin Netanyahunun təklif etdiyi Qəzza zolağında müharibədən sonrakı nizamlanma planını rədd edib...

Poliqon Fələstinin WAFA xəbər agentliyinə istinadən xəbər verir ki, o, öz mövqeyini xarici dövlət başçılarına və beynəlxalq təşkilatların rəhbərlərinə göndərdiyi məktubda açıqlayıb.

Fevralın 23-də Benyamin Netanyahu "HƏMAS-dan bir gün sonra" planını hərbi-siyasi kabinetə təqdim edib. İsrailin baş nazirinin planı Qəzza zolağının demilitarizasiyasını və deradikalizasiyasını, İsrailin bölgə üzərində hərbi nəzarətini, həmçinin anklavımn Misirlə sərhədində cənub səddini və mülki hakimiyyətin yerli qüvvələrə verilməsini nəzərdə tutur.

"Netanyahunun "bir gün sonra" planı, o cümlədən minlərlə yeni yaşayış məntəqəsi tikmək planları, onun hökumətinin Fələstin xalqını inkar edən və Aralıq dənizindən İordaniyaya qədər İsrail suverenliyinin yaradılmasında israrlı olan siyasətini əks etdirir", deyə Abbas bildirib.

Fələstin prezidentinin sözlərinə görə, Netanyahunun planının həyata keçirilməsi Qəzza zolağında atəşkəs üçün beynəlxalq səyləri təhlükə altına salacaq. Mahmud Abbas anklavda döyüşlərə son qoymaq üçün təcili beynəlxalq müdaxiləyə çağırıb. O, həmçinin 1,8 milyondan çox məcburi köçkün fələstinlinin öz evlərinə qayıtmasına zəmanət verərək, onlara sığınacaq verilməsinin vacibliyini vurğulayıb.

"Qəzza Fələstin dövlətinin ayrılmaz hissəsidir və biz Qəzza zolağı, İordan çayının qərb sahili və şərqi Qüdsdə idarəetmə üçün məsuliyyəti öz üzərinə götürmək üçün lazımi addımları atmağa hazırıq. Biz həmçinin təhlükəsizlik, sülh və sabitliyin bərqərar olması üçün işləməyə hazırıq", deyə Mahmud Abbas yekunlaşdırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - Video, Foto

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Axtarışda olan şəxs polisə xəsarət yetirib qaçmağa çalışdı - Yenilənib

Ən çox oxunanalar