Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Bu barədə APA-ya Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən məlumat verilib.

Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi tərəfindən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Strasburq şəhərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbiri təşkil edilib. Şəhərin tarixi “Motsart ” konsert salonunda baş tutan tədbirdə Avropa Şurası yanındakı diplomatik missiyaların, Strasburqun akademik dairələrinin və yerli ictimaiyyətin nümayəndələri, habelə Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Xocalının günahsız qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edən tədbir iştirakçılarına Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov tərəfindən insanlığa qarşı cinayət olan Xocalı soyqırımının tarixçəsi xatırladılıb və kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən qadın, uşaq və ahılların amansızlıqla qətlə yetirildiyi vurğulanıb. Fəxrəddin İsmayılov dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb və Strasburqdakı anım mərasiminin də məhz bu kampaniya çərçivəsində təşkil olunduğunu qeyd edib. Bundan əlavə, tədbirdə 2023-cü ildə Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsinin nəticəsi olaraq, Xocalı soyqırımının 32-ci ildönümündə qətliamdan sağ çıxan sakinlərin öz doğma torpaqlarına səfər etdikləri və onların iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımı memorialının təməlqoyma mərasiminin keçirilməsi barədə məlumat verilib.

Daha sonra Azərbaycan Respublikasının əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova və müxtəlif nüfuzlu beynəlxalq müsabiqələr laureatı, istedadlı gənc pianoçu, Prezident təqaüdçüsü Nazxanım Dadaşovanın ifasında tanınmış Azərbaycan və xarici bəstəkarların əsərləri ifa olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Ən çox oxunanalar