Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenskinin Ermənistana gözlənilən səfəri... - Bu səfər Rusiya tərəfindən necə qarşılanacaq?

Mətbuatda yayılan məlumata görə Ukrayna prezidenti martın 4-də Ermənistana səfər edəcək...

Politoloq: “Zelenskinin Ermənistana səfər edəcəyi xəbəri Azərbaycanda xoş qarşılanmasa da, buna bir o qədər də ciddi yanaşmaq lazım deyil, ən azı Azərbaycan olaraq”.

Ermənistan Ukraynanın yolunu getmək istəyir, belə davam etsə, Ermənistan da Ukraynaya çevriləcək”.

Bu sözləri politoloq Azər Qasımov Ukrayna prezidentinin Ermənistana gözlənilən səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Mətbuatda yayılan məlumata görə Ukrayna prezidenti Vladimir Zelenskinin martın 4-də Ermənistana səfər edəcək. Ukraynanın Ermənistandakı səfiri bu məlumatı nə təsdiq, nə də təkzib edib. Sıfir sadəcə qeyd edib ki, mart ayında Ermənistanda bir sıra əlamətdar hadisələr olacaq.

Hansı səbəbdən Vladimir Zelenski Ermənistana səfər etməyi vacib hesab edib və bu səfər Ukraynaya hansısa siyasi, hərbi və yaxud da iqtisadi qazanc gətirə bilərmi? Digər tərəfdən, Zelenskinin KTMT ölkəsinə səfəri Rusiya tərəfindən necə qarşılanacaq?

Zelenskinin Ermənistan səfərindəki məqsədləri Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Rusiyanın Ermənistana Ukrayna kimi açıq müdaxiləsi Cənubi Qafqaz regionunun stabilliyini tamamı ilə pozacaq”.

Zelenskinin Paşinyana öz təcrübəsinə əsasən məsləhət verməyə gəldiyini düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu məsləhətlərin hansı yöndə olacağını zamanla yaşayıb görəcəyik:

“Zelenskinin Ermənistana səfər edəcəyi xəbəri Azərbaycanda xoş qarşılanmasa da, buna bir o qədər də ciddi yanaşmaq lazım deyil, ən azı Azərbaycan olaraq. Əgər Zelenski Ermənistana səfər edəcəksə bu, əvvəla ikitərəfli münasibətlərin inkişafı üçün ediləcək, sonra isə burada nəsə gizli məqamlar olacaqsa, bu, böyük ölçüdə Rusiya ilə əlaqəli olacaq. Hər iki ölkə Qərbyönlü siyasət yolu tutub.

Bu səfər Qərbdəki güclərin məsləhəti ilə də ola bilər, Zelenskinin şəxsi təşəbbüsü də. Məsələ ondadır ki, hamı çox danışır ki, Ermənistan Ukraynanın yolunu getmək istəyir, belə davam etsə, Ermənistan da Ukraynaya çevriləcək. Ola bilsin ki, Zelenski Paşinyana öz təcrübəsinə əsasən məsləhət verməyə gəlir. İndi bu məsləhətlərin hansı yöndə olacağını yaşayıb görəcəyik. Paşinyan Zelenskidən ağıllı məsləhət alacaq, yoxsa onun durumunu görüb özü hansısa nəticəyə gələcək bunu zaman göstərəcək.

Azər Qasımov: “Rusiya hələlik Ermənistanla Ukrayna kimi davranmayacaq. Son ana kimi gözləyəcək”.

Təbii ki, məsləhətin kökündə Qərbin ikili oyunlarının mahiyyətini anlatmaq dayanacağı ehtimalı böyükdür. KTMT ölkəsi kimi Ermənistan bu təşkilatda fəaliyyətini dayandırıbsa, bu, Rusiyaya meydan oxumaqdır. Amma hesab edirəm ki, Rusiya hələlik Ermənistanla Ukrayna kimi davranmayacaq. Son ana kimi gözləyəcək. Çünki Ermənistan Ukrayna deyil və ola da bilməz.

Rusiyanın Ermənistana Ukrayna kimi açıq müdaxiləsi Cənubi Qafqaz regionunun stabilliyini tamamı ilə pozacaq. Rusiyaya isə hələlik bu lazım deyil. Ukrayna məsələsi davam edərkən yeni gərginlik ocağı Rusiyanın daha da çətin durumda düşməsinə səbəb olar. Qərb də elə bunu istəyir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Səmavi siyasət: Bayden "ilahi işarə" gözlədiyini dedi

Macarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Ən çox oxunanalar