Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Meksikadakı Səfirliyinin və Meksika Deputatlar Palatasının birgə təşkilatçılığı ilə Mexiko şəhərinin Tlakskoake/Xocalı meydanındakı “Xocalı soyqırımı” abidəsinin önündə Xocalı qurbanlarının əziz xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

Səfirlikdən Poliqon-a bildirilib ki, Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Elva Aqustina Vigil Hernandez, sözügedən dostluq qrupunun üzvü və keçmiş sədri, deputat Alberto Viyya Viyeqas, Meksika Deputatlar Palatasının digər üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik missiya rəhbərləri və üzvləri, yerli media və QHT-lərin nümayəndələri, habelə Azərbaycanın dostlarının iştirakı ilə keçirilmiş anım tədbirində faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın Meksikadakı səfiri M.Talıbov çıxış edərək, XX əsrin mülki əhaliyə qarşı törədilmiş ən amansız cinayətlərindən olan Xocalı soyqırımının acı nəticələrindən danışıb, soyqırımını törədənlərin məsuliyyətə cəlb olunmalarının, beynəlxalq səviyyədə bu kimi mənfur hərəkətlərə qarşı mütləq dözümsüzlük mesajının, o cümlədən törədilmiş faciəyə ədalətli hüquqi və siyasi qiymətin verilməsinin vacibliyindən söz açıb. Ədalətin bərpa olunması və bu kimi cinayətlərin bir daha təkrarlanmaması üçün “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının əhəmiyyətini vurğulayıb.

Səfir, həmçinin çıxışında bir sıra ölkənin parlamentləri, o cümlədən Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımını pisləyən sənədlərin qəbul edildiyini xatırladaraq, bu məsələdə nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə görə Meksika tərəfinə təşəkkürünü bildirib.

Çıxışında habelə, səfir ötən ilin 15 oktyabr tarixində Prezident İlham Əliyevin Xocalı şəhərində Azərbaycanın dövlət bayrağını qaldırdığını, bununla da xalqımızın möhkəmliyini və faciə qurbanlarını heç vaxt unutmamaq əzmini əbədiləşdirdiyini bildirib.

Həmçinin, səfir çıxışında bu gün artıq ölkəmizin uzun illər davam etmiş işğaldan sonra keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına ləyaqətlə qayıtmasını təmin etmək naminə işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərindən söz açıb.

Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Elva Aqustina Vigil Hernandez isə öz növbəsində iştirakçılara 1992-ci ildə ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilmiş amansız faciə barədə ətraflı məlumat verərək, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bu gün keçirilən anım tədbirində dərin ehtiramla yad edildiyini və dost Azərbaycan xalqının ağrı və kədərini bölüşdüyünü bildirib.

Sonda səfirliyin və Meksika-Azərbaycan dostluq qrupunun adından “Xocalı soyqırımı” abidəsi önünə əklillər qoyulub, iştirakçılar tərəfindən gül dəstələri düzülüb.

Tədbir iştirakçılarına Xocalı faciəsindən bəhs edən broşür və materiallar təqdim olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar