Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfsanəvi futbolçu 14 yaşında spirtli içkidən sui-istifadə etdiyini etiraf edib

İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi "The Overlap" "YouTube" kanalına müsahibəsində spirtli içkilərə aludəçiliyindən danışıb...

Poliqon xəbər verir ki, əfsanəvi oyunçu 14 yaşında spirtli içki qəbul etdiyini etiraf edib.

"Yadımdadır, 14 yaşım olanda yolu keçirdim, düşünürəm ki, cümə axşamı idi və şənbə günü Kolin Harvinin baş məşqçisi olduğu "Everton"un U-19 komandasında oynayırdım. Tərk edilmiş, boş bir evə gedirdik, pəncərələri sındırır, orada oturub içirdik. Geriyə baxanda düşünürəm ki, mənim hər cür problemim olub. Məlum oldu ki, mən çox içmişəm və açıq-aydın bu, öz karyerama təsirini göstərib", deyə Runi bildirib

Qeyd edək ki, Runi "Everton"un yetirməsidir. O, əsas komandada 67 oyun keçirib, daha sonra karyerasının böyük hissəsini (393 matç) keçirdiyi "Mançester Yunayted"ə keçib. O, beşqat İngiltərə çempionudur və 2008-ci ildə klubu ilə Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, "Mançester Yunayted"lə 4 dəfə ölkə kubokunu, Avropa Liqasını (2017) və İngiltərə Superkubokunu qazanıb.

2019-cu ildən məşqçiliklə məşğuldur və hazırda işsizdir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar