Finlandiya hakimiyyəti sığınacaq axtaranların axını ilə bağlı vəziyyətdə heç bir dəyişiklik görmür...
Poliqon xəbər verir ki, Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen, bununla əlaqədar, böyük ehtimalla Rusiya ilə sərhəddə keçid məntəqələrinin açılmayacağını bildirib.
“Sərhədi aça bilməyəcəyimizi deyə bilmərəm. Ancaq indiyə qədər, ən azı, görünür, bu məsələdə heç bir dəyişiklik yoxdur” deyə Finlandiyanın “Yle” nəşrinə bu barədə açıqlama verən xanım Rantanen hökümətin mövqeyini izah edib.
Qeyd edək ki, Finlandiya hökumətinin qərarı ilə Rusiya ilə sərhəddəki bütün keçid məntəqələri aprelin 14-dək bağlanıb.
Poliqon.info