Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Hərbi Dəniz Qüvvələri 10 il ərzində Somali sularını qoruyacaq

Türkiyə Hərbi Dəniz Qüvvələri ölkələr arasında imzalanan müdafiə və iqtisadi əməkdaşlıq müqaviləsi çərçivəsində Somalinin quru sularını 10 il qoruyacaq...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi Somali prezidenti Həsən Şeyx Mahmudun bəyanatına istinadən yazır.

Həsən Şeyx Mahmudun sözlərinə görə, saziş həmçinin terrorizm, xarici təhdidlər, dəniz quldurluğu və qeyri-qanuni balıq ovu ilə mübarizə məsələləri üzrə əməkdaşlığı nəzərdə tutur.

“Bu, əhəmiyyətli bir inkişafdır: Nazirlər Kabineti Somali ilə NATO üzvü və yaxın müttəfiqi olan hörmətli Türkiyə Respublikası arasında müdafiə sahəsində əməkdaşlıq paktını təsdiqləyib”, deyə Somali prezidenti bildirib.

Prezidentin bəyanatında deyilir ki, Somali xəvaric terrorçuları ilə mübarizə əməliyyatına görə çətin vəziyyətdədir. Onun sözlərinə görə, Somali terrorçulara qarşı mübarizədə əhəmiyyətli irəliləyiş əldə edi. Lakin prezident Efiopiyanı qəsd edərək bildirib ki, bu mübarizə fonunda qonşu ölkə Somali üçün yeni cəbhə yaradıb.

“Anadolu”nun məlumatına görə, Somali ilə Türkiyə arasında razılaşma xəbəri Efiopiya ilə Somali arasında davam edən gərginlik fonunda yayılıb. Yanvarın əvvəlində Efiopiya hökuməti Qırmızı dənizdəki Berbera limanına çıxış üçün tanınmamış Somaliland dövləti ilə müqavilə imzalayıb. Somali Somalilandı (Afrikanın şimalında yerləşir) öz ərazisi hesab edir. Müqavilə imzalandıqdan sonra Somali rəhbərliyi müqavilənin ləğvini tələb edib və Efiopiyadakı səfirini geri çağırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Ən çox oxunanalar