Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampa tətbiq edilən cərimə yük maşını sürücülərini qəzəbləndirdi: Biz Nyu-Yorka getmirik...

"Nyu-York şəhərini boykot et" çağırışı 13.000-dən çox X istifadəçisi tərəfindən paylaşılmaqla trend olub...

Kelly Rissman
The İndependent qəzeti

Keçmiş prezident Donald Trampı dəstəkləyən yük maşını sürücüləri Trampı 350 milyon dollardan çox cərimələyən mülki fırıldaq işi üzrə hökmdən məyus olduqlarını vurğulamaq üçün Nyu-Yorka getməyəcəklərini bildiriblər.

Hakim Artur Enqoron fevralın 16-da Trampa, onun iki oğluna, “Tramp Təşkilatı”nın əməkdaşlarına və Trampa bağlı şirkətlərə on milyonlarla dollar cərimə qərarı verib. Trump faizlə birlikdə 350 milyon dollardan çox ödəməli olduğu halda, oğullarının hər biri təxminən 4 milyon dollar ödəməlidirlər. Ölkə daxilində bir çox yük maşını sürücüsü bu qərara etiraz edir.

İnternetdə Çikaqo Rey kimi tanınan şəxs bu qərardan sonra X sosial paltformasında video yayımlayıb.

“Son bir saatda sürücülərlə radioəlaqə ilə danışdım və təxminən 10 sürücü ilə danışdım” deyən Rey, yük maşınlarının bazar ertəsindən etibarən yükləri rədd etməyə başlayacağını söyləyib. Bunun ölkə daxilində nə qədər davam edəcəyini və ya neçə yük maşınının Nyu-Yorka gedən yükləri rədd etməyə başlayacağını bilmirəm, amma sizə bunu deyə bilərəm: Əgər davam etsəniz, mənfi nəticələrini görəcəksiniz”.

Trampın loqotipi olan papaq taxan Rey davam edib: “Biz siz solçuların Tramqpla qarışmağınızdan bezdik”.

Rey Trampın sitatlarından birini oxuyaraq qərarı “seçkilərə müdaxilə” adlandırıb.

Görünür, video böyük marağa səbəb olub. Bazar günü səhər saatlarından etibarən X-də “Nyu York şəhərini boykot et” ifadəsi 13.000-dən çox istifadəçi tərəfindən işlənərək trendə çevrilib. Boykotun həqiqətən həyata keçirilib-keçirilməyəcəyi bəlli deyil. Lakin Çikaqoda Rey mülki fırıldaqçılıq hökmünə qarşı çıxan yeganə şəxs deyil.

Zəngin daşınmaz əmlak investoru Qrant Kardonenin həyat yoldaşı Elena Kardone “GoFundMe”-də “Trampın yanında ol; 355 milyon dollar ədalətsiz hökmə görə fonda pul qoy” adlı kampaniya səhifəsi yaradıb. Qrant Kardone X-də həmçinin elan edib ki, yığılan vəsaitin 100%-i bu gülünc qərardan müdafiə etmək üçün “Trump Təşkilatı”na yönəldiləcək.

Yelena kampaniya səhifəsində yazıb: “Mən Nyu-Yorkda məhkəmə sisteminin bəzi elementləri tərəfindən görünməmiş və ədalətsiz rəftara qarşı qətiyyətlə prezident Donald Trampın yanındayam”.

Yelena Kardone ianə yığmağa başlayandan bəri 240 min dollardan çox pul toplanıb.

Mülki dələduzluq işi üzrə hökmə verilən sərt reaksiya, Amerikanın Trampın federal və əyalət məhkəmələrində üzləşdiyi davam edən iddiaların nəticələrinə verdiyi reaksiyanın göstəricisi ola bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

“Qarabağ”ın cavab oyununun vaxtı açıqlandı

Ən çox oxunanalar