Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nümayəndələr Palatasında Ukraynaya kömək üçün alternativ qanun layihəsi təklif edilib

ABŞ Nümayəndələr Palatasının qanunvericiləri, respublikaçı Brayan Fitspatrik və demokrat Jared Qolden Meksika ilə sərhədin qorunması tədbirləri də daxil olmaqla, Ukrayna, İsrail və Tayvana yardım layihəsinin alternativ variantını təklif ediblər...

Poliqon xəbər verir ki, bu barədə The Hill nəşri məlumat yayıb. Məlumatda qeyd edilir ki, qanunvericilər həmkarlarını Ukraynaya kömək etmək üçün mümkün qədər tez qanun layihəsini dəstəkləməyə çağırıblar.

“Biz Ukrayna xalqına üz döndərə bilmərik, çünki onlar öz demokratiyasını və suverenliyini qorumaq üçün on minlərlə insan cəbhədə döyüşür və həlak olur. Onlar sübut etdilər ki, Amerika silahları və sursatları ilə bu döyüşdə qalib gələ bilərlər. Biz bilirik ki, yardım olmadan onların bu fədakarlığı uğursuz ola bilər”, deyə məktubda deyilir.

Layihədə Ukraynaya 47 milyard, İsrailə 10 milyard, Hind-Sakit okean regionunun müdafiəsi üçün 5 milyard, ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərqdəki əməliyyatlarına dəstək üçün 2 milyard dollar ayrılması təklif edilir. Digər tərəfdən sığınacaq almaq istəyən ərizəçilərinin işlərinin məhkəmə dinləmələrinə qədər qaçqınların Meksikada qalmasının tələb edən qanunun bərpası təklif olunur.

Qeyd edək ki, fevralın 13-də ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95 milyard dollardan çox yardım ayrılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Qanun layihəsi çərçivəsində Kiyevə 60 milyard dollardan çox pul veriləcək. Konqresin yuxarı palatasının 100 üzvündən 70-i sənədin lehinə səs verib, qanun layihəsinin razılaşdırılması təxminən dörd aya yaxın vaxt aparıb.

İndi sənəd Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir. Nümayəndələr Palatasının spikeri Mayk Conson cənub sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün tədbirlər görülməsə, qanun layihəsini səsverməyə çıxarmayacağını bildirib.

Poliqon.info.




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Axtarışda olan şəxs polisə xəsarət yetirib qaçmağa çalışdı - Yenilənib

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ən çox oxunanalar