Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Paşinyan real vəziyyətin fərqindədir və əlindəki imkanların minimum olduğunu bilir...

Hökümət iclasında çıxış edən Nikol Paşinyan Azərbaycana qarşı bir sıra ittihamlar irəli sürüb...

Turan Rzayev: “Ermənistan tərəfi faktiki olaraq konstitusiyasında, müstəqillik bəyannaməsində, dövlət atributlarında açıq-aşkar təkcə Azərbaycana qarşı yox, həmçinin Gürcüstana,Türkiyəyə, hətta İrana qarşı belə ərazi iddiaları irəli sürüb”.

Ermənistanın bununla razılaşmaqdan başqa seçimi yoxdur. Razılaşmayacağı təqdirdə də cənab prezidentin ötən gün inuqrasiya mərasimində açıqlamasında qeyd etdiyi kimi, sülh müqaviləsi olmaya da bilər”.

Bu sözləri politoloq Turan Rzayev Ermənistanın Baş nazirinin növbəti dəfə Azərbaycanın qarşı ittihamlar səsləndirməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, dünən hökümət iclasında çıxış edən Nikol Paşinyan Azərbaycana qarşı bir sıra ittihamlar irəli sürüb. Həmçinin dünənki çıxışından hiss olundu ki, Paşiyanın ritorikası da dəyişib.

Ümumilikdə, dünən Paşinyanın sərgilədiyi mövqeyi necə dəyərləndirmək olar? Xüsusən, Ermənistan qanunlarında Azərbaycana qarşı ərazi idddialarının Paşinyan tərəfindən bu ölkənin daxili işi olaraq qiymətləndirilməsi beynəlxalq normalara nə qədər uyğundur?

Paşinyanın növbəti ittihamlarını Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Rəsmi İrəvan düşünür ki, Qərbin yardımları gələcək və Qərbə inteqrasiya prosesi çərçivəsində Avropa İttifaqına üzv olacaq. Amma bu bir xülya və absurd bir fikirdir”.

Gələcəkdə Ermənistanın sülh müqaviləsi çərçivəsində üzərinə götürəcəyi öhdəliklərdən yayına bilməməsi üçün Azərbaycan tərəfinin belə tələbələr irəli sürdüyünü vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki,Azərbaycanın tələbələri hüquqi cəhətdən haqlı və yerində olan tələbələrdir:

“Paşinyanın bu açıqlamasında hər nə qədər özünə əminlik varsa da, əslində Paşinyan da real vəziyyətin fərqindədir və o əlindəki imkanların minimumluğunu bilir. Azərbaycanın tələbləri beynəlxalq hüquqi prinsipə və normalarına tamamilə uyğundur. Ermənistan tərəfi faktiki olaraq konstitusiyasında, müstəqillik bəyannaməsində, dövlət atributlarında açıq-aşkar təkcə Azərbaycana qarşı yox, həmçinin Gürcüstana,Türkiyəyə, hətta İrana qarşı belə ərazi iddiaları irəli sürüb.

Təsadüfi deyil ki, konstitusiyasının 13-cü maddəsində dövlət atributlarıyla bağlı məlumat əks olunub və dövlət atributlarını adi gerbin üstündə belə tarixi 4 erməni krallığının simvolları var. Bu isə öz növbəsində Azərbaycanın Zəngəzur, Qarabağ və Naxçıvan ərazilərinə habelə, Gürcüstanın Cavaxetiya Türkiyənin isə Şərq vilayətlərinə ərazi iddiası deməkdir. Yəni bir ölkənin digər ölkəyə ərazi iddialarını konstitusiyasında, habelə dövlət atributlarında qeyd etməsi və həmin ölkəylə sülh müqaviləsi istiqamətində danışıqlar aparması bir o qədər absurddur. Azərbaycan tərəfi də gələcəkdə Ermənistanın sülh müqaviləsi çərçivəsində üzərinə götürəcəyi öhdəlikləri hüquqi bəhanələrlə məsuliyyətdən yayınması üçün belə tələbələri irəli sürür. Bu tələbələr də haqlı və yerində tələbələrdir.

Turan Rzayev: “Ermənistan baş naziri bu reallığı gec-tez dərk edəcəkdir. Ümid edirik ki, bu gec olmayacaqdır”.

Ermənistanın bununla razılaşmaqdan başqa seçimi yoxdur. Razılaşmayacağı təqdirdə də cənab prezidentin ötən gün inuqrasiya mərasimində açıqlamasında qeyd etdiyi kimi, sülh müqaviləsi olmaya da bilər. Yəni bu konkret olacaq deyə bir şey deyil. Sülh olmasa belə, regionda onsuz da əməkdaşlarımız var və Avropa bazarına çıxış imkanımız var. Amma Ermənistan bu blokada vəziyyətində ildən-ilə xaricə köç verir və bu Ermənistanda tədricən insanların azalmasına gətirib çıxaracaqdır. Belə olan təqdirdə də Ermənistanın apardığı mübarizənin mənası və mahiyyəti yoxdur.

Rəsmi İrəvan düşünür ki, Qərbin yardımları gələcək və Qərbə inteqrasiya prosesi çərçivəsində Avropa İttifaqına üzv olacaq. Amma bu bir xülya və absurd bir fikirdir. Avropa İttifaqı bu tezliklə Cənubi Qafqaz ölkələrini ittifaqa qəbul etmək kimi düşünmür. Avropa İttifaqına daha çox güclü və inkişaf etmiş ölkələr maraqlıdır. Misal üçün Skandinaviya ölkələri bunu götürə bilərik. Amma Qafqaz ölkələrinə bir o qədər də maraqlı deyillər. Bu baxımdan da, Ermənistan baş naziri bu reallığı gec-tez dərk edəcəkdir. Ümid edirik ki, bu gec olmayacaqdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar