ABŞ-ın müdafiə naziri Lloyd Ostin fevralın 13-də öz vəzifəsinin icrasına qayıda bilər...
Poliqon xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti tərəfindən yayılan Valter Rid Tibb Mərkəzinin həkimlərinin bəyanatında deyilir.
“Ostinin xəstəxanada uzun müddət qalma gözlənilmir. Nazirin öz vəzifəsinə qayıda biləcəyini gözləyirik”, deyə mətndə qeyd olunur.
Qeyd edək ki, dünən ABŞ-ın müdafiə naziri Lloyd Ostinin “sidik kisəsi problemini həll etmək üçün ümumi anesteziya altında qeyri-cərrahi prosedurlar” üçün xəstəxanaya yerləşdirildiyi bildirilib. Həkimlər hazırkı problemin prostat xərçənginin müalicəsi üçün əlverişli proqnoza təsir etməyəcəyini gözləyirlər.
Poliqon.info