Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-dən həyəcan təbili: “Sudanda onminlərlə uşaq aclıqdan ölə bilər”

Sudanda 700 mindən çox uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir...

On minlərlə azyaşlı aclıqdan ölə bilər.

Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi nümayəndəsi Ceyms Elderin bəyanatında bildirilir.

“Son 300 gün göstərir ki, bu il 700 mindən çox uşaq qida çatışmazlığının ən ölümcül formasından əziyyət çəkir. UNICEF onların 300 mindən çoxunu lazımi qayğı və müalicə imkanı ilə əhatə edə bilməyəcək. Belə olduqda on minlərlə azyaşlının ölüm ehtimalı var”, - Elder əlavə edib.

Qeyd edək ki, Sudan əhalisinin yarısının (təxminən 25 milyon nəfər) humanitar yardıma və müdafiəyə ehtiyacı var. BMT-nin məlumatına görə, 1,5 milyondan çox insan ölkədən Mərkəzi Afrika Respublikası, Çad, Misir, Efiopiya və Cənubi Sudana qaçıb. Belə ki, Sudandakı vəziyyət 2023-cü ilin aprelində ölkənin Suveren Şurasının sədri, ordu komandiri Əbdülfəttah əl-Burhan ilə çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib və vətəndaş müharibəsinə bənzər vəziyyətə gətirib çıxarıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Ən çox oxunanalar