Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinli hakerlərin bir neçə il ərzində ABŞ infrastrukturlarına girişləriABŞ olub

Çinli hakerlər ən azı beş il ərzində ABŞ-ın bəzi kritik infrastruktur obyektlərinin kompüter şəbəkələrinə daxil olublar...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Milli Təhlükəsizlik Agentliyinin və Vaşinqtonun müttəfiqlərinin kəşfiyyat orqanlarının hesabatlarına istinadən məlumat yayıb.

Telekanal qeyd edir verir ki, Amerika rəsmilərinin sözlərinə görə, çinli hakerlərin infrastruktur obyektlərinin sistemlərinə daxil olmaları su və elektrik sistemlərinin işini poza biləcək potensial dağıdıcı kiberhücumlara hazırlığın bir hissəsi olub. CNN-in məlumatına görə, keçən həftə ABŞ Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey Konqresdə deyib ki, çinli hakerlər Birləşmiş Ştatlara “real ziyan vura bilərlər”.

ABŞ rəsmiləri telekanala açıqlamalarında bildiriblər ki, NSA 50 səhifəlik hesabatı ABŞ və Çin arasında Tayvanın taleyi ilə bağlı fərqli mövqelərə görə gərginlik fonunda hazırlayıb. CNN xəbər verir ki, hesabatda hakerlərin infrastruktura kompüter sistemlərinə sızmaq üçün istifadə edə biləcəyi üsulların ətraflı təsviri var.

Sənədə əsasən, hakerlər infrastruktur obyektlərinin İT sistemlərinə nüfuz etdikdən sonra su və elektrik təchizatının idarə edilməsinə cavabdeh olan daha həssas sənaye sistemlərinə nüfuz etmə yollarını araşdırmağa başlayıblar. Hesabatda iddia olunur ki, hakerlər həmçinin adı açıqlanmayan kritik infrastruktur obyektlərindəki müşahidə kameralarını oğurlayıblar.

Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Pengyu CNN-ə deyib ki, Birləşmiş Ştatlar kiberhücumları həyata keçirməkdə və hazırlamaqda başqa ölkələri günahlandırmamalıdır, çünki onları özü həyata keçirir. O, NSA hesabatında təqdim olunan məlumatları təkzib edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar