Avropa İttifaqı 50 milyard avroluq fonddan Ukraynaya ilk ödənişlərin vaxtını açıqlayıb...
Avropa İttifaqı (Aİ) mart ayında 50 milyard avroluq fonddan Ukraynaya ilk ödənişləri etməyə başlamağı planlaşdırır.
Poliqon xəbər verir ki, Ukraynaya ödənişlərin başlanması üçün son tarixi Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X sosial şəbəkəsində açıqlayıb.
“Avropa sözünün üstündədir. Biz cəsur tərəfdaşımıza və iddialı üzvümüzə çox ehtiyac duyulan maliyyə dəstəyi verməyə davam edəcəyik. Mart ayında ödənişlərə başlamağı planlaşdırırıq”, deyə AK rəhbəri bildirib.
Qeyd edək ki, bundan əvvəl fon der Leyen Aİ sammitindən sonra keçirilən mətbuat konfransında Kiyevin ilin sonuna qədər daha çox tank, helikopter və mərmi alacağına söz verib. Onun sözlərinə görə, Aİ 2024-cü ilin martına qədər Ukraynaya 500 min mərmi tədarük edəcək və 2024-cü ilin sonuna qədər bu rəqəmi iki dəfə artıracaq.
Poliqon.info