Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ürək xərçənginin əlamətləri bunlardır - Onkoloq açıqladı

Bədxassəli ürək xərçəngi angiosarkoma ən çox 45 yaş və yuxarı kişilərdə diaqnoz qoyulur və xəstəlik uzun müddət simptomsuz keçir...

Bu barədə Rusiya Federal Klinik Tədqiqat Mərkəzinin onkoloqu İrina Oleynikova məlumat verib.

Poliqon oxu.az-a istinadən bildirir ki, "Ürəyin angiosarkoması miokard toxumasında inkişaf edən bədxassəli yenitörəmə növlərindən biridir. Endotel hüceyrələrindən əmələ gəlir və bir qayda olaraq sağ atrium və perikarda təsir göstərir. Çox vaxt patoloji 45 yaşdan yuxarı kişilərdə diaqnoz qoyulur", - Oleynikova bildirib.

Həkim əlavə edib ki, angiosarkoma nadir xəstəlikdir, qeydə alınan ürək-damar xəstəliklərinin ümumi nisbətində bu, 0,2% təşkil edir.

Xəstəlik əksərən gec mərhələlərdə diaqnoz qoyulur, çünki uzun müddət simptomsuz keçir və exokardioqrafiyadan keçən zaman kiçik şişlər görünməyə bilər. Bəzən isə xəstəliyin simptomların qeyri-spesifikliyi səbəbindən tamamilə fərqli xəstəliklərə aid edilir. Tipik olaraq, xəstələr qolların və ayaqların şişməsindən, qarnın böyüməsindən, boyun damarlarının şişməsindən, nəfəs darlığından, taxikardiyadan, yüksək təzyiqdən, şiddətli zəiflikdən və gündəlik fiziki fəaliyyətləri yerinə yetirməkdə çətinlikdən (sürətli yerimə, pilləkənlərə qalxma), ürək ağrısından, başgicəllənmədən şikayət edirlər.

"Angiosarkomanın dəqiq səbəbləri müəyyən edilməyib. Bununla belə, xəstəliyin inkişafında genetik faktorların iştirak etdiyi güman olunur. Ona görə də, əgər birinci dərəcəli qohumlarında angiosarkoma aşkarlanıbsa, xəstə 25-30 yaşından etibarən kardioloqun nəzarətində olmalı və daha tez-tez ürək müayinəsindən keçməlidir", - deyə onkoloq yekunlaşdırıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Avropada yaşamaq üçün ən yaxşı şəhər açıqlandı

Si Cinpin Azərbaycan Prezidentini Çinə dövlət səfərinə dəvət edib

Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Türkiyə Prezidenti və Pakistanın Baş naziri COP29-da iştirak edəcəklər

Qərbi Azərbaycan Xronikası: I Pavelin qızının şərəfinə qoyulan oğuz yurdu

Ən çox oxunanalar