Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın üç ildə Qarabağa və Şərqi Zəngəzura 100 mindən çox insan qayıdacaq

“Yaxın üç ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 100 mindən çox insan qayıdacaq, məcburi köçkünlərin qaytarılması dövlət proqramı çərçivəsində həyata keçirilir”...

Poliqon xəbər verir ki, bunu “TASS”a müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı”nın icrası nəticəsində məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması həyata keçirilir.

Belə ki, ümumilikdə qarşıdakı üç il ərzində 100 mindən çox insanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qayıtması gözlənilir.

Səfir bildirib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi təkcə Azərbaycanda deyil, bütün regionda yeni reallıqlar yaradıb.

Polad Bülbüloğlu qeyd edib ki, son üç ildə bu ərazilərdə genişmiqyaslı bərpa işləri aparılıb: “Bu günə qədər ölkə büdcəsindən bu məqsədlər üçün böyük maliyyə vəsaiti ayrılıb. Bu, dövlətin öz maliyyə resursları hesabına həyata keçirdiyi münaqişədən sonrakı sürətli yenidənqurmanın unikal və misilsiz modelidir”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar