Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın bir nömrəli iqtisadiyyatı uğrunda yarışda artıq Çin ABŞ-ın rəqibi deyil...

ABŞ və Çin arasında dünyanın ilk iqtisadiyyatı uğrunda yarışda “bəxtin tərsinə çevrilməsi” baş verib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Agentlik yazır ki, ABŞ dünyanın ən böyük iqtisadiyyatı uğrunda mübarizədə Çindən daha da uzaqlaşır.

ABŞ-da ÜDM 2023-cü ilin sonunda nominal ifadədə 6,3% (inflyasiya nəzərə alınmadan), Çində isə 4,6% artıb. Bloomberg-in analitikləri qeyd edirlər ki, Amerika iqtisadiyyatının pandemiyadan Çin iqtisadiyyatından daha yaxşı vəziyyətdə çıxdığı açıqdır.

İqtisadi göstəricilər iki ölkənin fond bazarlarında da özünü göstərir. ABŞ səhmləri 2024-cü ilin yanvarında rekord həddə ticarət edir, Çin səhmləri isə böyük bir çöküş yaşayır.

Qeyd edilir ki, son dörd il ərzində Çin və Honq Konqda qiymətli kağızlar təxminən 6 trilyon dollar dəyər itirib. Çinin əsas daxili bazar indeksi olan CSI 300 son beş ilin minimum səviyyəsinə düşüb.

“Pandemiya Çinin bir çox dərin və struktur zəifliklərini gizlətdi. İndi bu zəifliklər üzə çıxıb. Bu problemlərin həlli onilliklər çəkə bilər. Hər şey Çinin islahatlar aparmaq qabiliyyətindən asılıdır”, deyə BVF-nin keçmiş müşaviri və Atlantik Şurasının Geoiqtisadiyyat Mərkəzinin direktoru Joş Lipski bildirib.

Ekspert, Çinin dünyanın ən böyük iqtisadiyyatına çevrilməsi ilə bağlı bütün söhbətlərin indi qeyri-müəyyən müddətə təxirə salındığını da bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar