Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp “quş beyin” Nikki Heyliyə sponsorluq edənləri hədələyib

ABŞ-ın 45-ci prezidenti Donald Tramp Respublikaçılar Partiyasından Nikki Heylinin seçki kampaniyasına sponsorluq etməyə davam edən hər kəsi özünün qeyri-rəsmi MAGA (Amerikanı yenidən möhtəşəm et) hərəkatından həmişəlik xaric edəcəyi ilə hədələyib...

Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Birdbrain-ə (Quş beyinli – Tramp Heylini belə adlandırır) töhfə verən hər kəs bundan sonra həmişəlik MAGA düşərgəsindən kənarlaşdırılacaq. Biz onları istəmirik və qəbul etməyəcəyik”, deyə Tramp yazıb.

Donald Trampın mesajına cavab olaraq Heyli tərəfdarlarını xüsusi portal vasitəsilə onun kampaniyasına ianə etməyə dəvət edib. Heyli qeyd edib ki, kampaniyası Nyu-Hempşirdə keçirilən ilkin seçkidən sonra 24 saat ərzində 1 milyon dollar toplayıb.

Qeyd edək ki, ABŞ-ın Nyu-Hempşir ştatında 2024-cü il prezident seçkiləri üçün ilkin seçkilər yanvarın 23-də keçirilib. Hesablamaların nəticələrinə görə, Donald Tramp respublikaçıların praymerizində səslərin demək olar ki, 55 faizini toplayaraq qalib gəlib. Onun rəqibi Nikki Heyli seçicilərin 44%-i dəstəkləyib.

ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar