Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhliman Əmiraslanov: "Qızılcaya yoluxanların əksəriyyəti uşaq vaxtı peyvənd olunmayanlardır"

Qızılcaya yoluxanların əksəriyyəti uşaq vaxtı peyvənd olunmayanlardır...

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

"Nəinki indi, eləcə də COVID-19 dövründə də vaksinasiyaya qarşı müəyyən inamsızlıq var idi. Peyvəndlərin insan sağlamlığı üçün təhlükəli olduğunu, yaxud gendə müəyyən dəyişikliklər üçün planlaşdırıldığını iddia edirdilər. Təəssüflər olsun ki, hətta həkimlər arasında belə düşüncədə olanlar var. Milli Məclisdə “Yoluxucu xəstəliklərlə mübarizə: qızılca infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlər”ə dair dinləmənin keçirilməsinin əsas məqsədlərindən biri də insanları inandırmaqdır", - Komitə sədri qeyd edib.

Ə.Əmiraslanov vətəndaşlara vaksinasiya ilə bağlı çağırış da edib: "Onlar bilməlidirlər ki, yoluxucu xəstəliklərlə mübarizə aparmağın yolu mütləq peyvəndləmədən keçir. Bütün dünya peyvəndlərdən istifadə edir, onlarda vaksinasiyanın fəsadlar törətdiyi fikri yoxdur. Ancaq Azərbaycanda peyvəndlə bağlı yanlış fikirlər formalaşıb. Təsəvvür edin, bu gün qızılcaya yoluxanların nəinki əksəriyyəti, hətta deyərdim ki, 100 %-i məhz uşaq vaxtı vaksinasiyadan kənarda qalanlardır".

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar