Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP: Yol-nəqliyyat hadisələri içərisində piyada vurma üstünlük təşkil edir

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib...

Poliqon xəbər verir ki, müraciətdə deyilir:

"Respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələri içərisində piyada vurma hadisələrinin sayı üstünlük təşkil edir. Bu nəticənin formalaşmasında piyada məsuliyyətsizliyi az rol oynamır. Sürücülərin onları vaxtında və aydın görməsi üçün təşəbbüs göstərməyən piyadalar, təəssüf ki, sonda ən çox zərər çəkən tərəf olur.

Mütəxəssislər piyadalara xüsusilə sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində uzaq məsafədən diqqət çəkən geyimlər geyinməyi, yaxud işıqqaytarıcı elementləri olan əşyalardan istifadə etməyi tövsiyə edir. Məlumdur ki, gecə vaxtı qara rəngli geyimlər seçilmir. Bununla yanaşı, göy rəng - 17, qırmızı rəng - 24, sarı rəng - 37, ağ rəng ​ - 55, işıqqaytarıcı elementlər isə 130 metrdən fərq edilir.

Saatda 60 km sürətlə hərəkət edən avtomobilin əyləc yolunun quru asfaltda - 20, yaş asfaltda - 35, qar örtüyü olan yolda - 70, buzlu yolda - 140 metrə yaxın olduğunu nəzərə alsaq, sürücülərin diqqətini vaxtında cəlb etməyin əhəmiyyəti haqda bir daha düşünməyə dəyər.

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək onlardan sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində əlvan və ya işıqqaytarıcı elementləri olan geyim və əşyalardan istifadəyə üstünlük verməyi xahiş edir və hər kəsi bu sahədə ictimai iştirakçılığa töhfə verməyə çağırır".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

"Fənərbaxça" Cenk Tosunla iki illik müqavilə imzalayıb

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Ən çox oxunanalar