Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Departamenti İranın Ərbilə hücumlarını pisləyib

ABŞ Dövlət Departamenti bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqın şimalındakı muxtar bölgəsi olan İraq Kürdüstanının inzibati mərkəzi Ərbilə bugünkü hücumunu pisləyir...

Poliqon xarici KİV-lərə istinadən bildirir ki,, raket zərbələri nəticəsində 4 nəfər həlak olub.

“Birləşmiş Ştatlar həlak olanların ailələrinə başsağlığı verir. Biz İranın İraqda sabitliyi pozan ehtiyatsız raket hücumlarına qarşıyıq”, Dövlət Departamentinin bəyanatında deyilir.

Qeyd edək ki, yanvarın 16-na keçən gecə SEPAH “son terror cinayətlərinə cavab olaraq” ABŞ-ın Ərbildəki konsulluğu yaxınlığındakı hədəflərə zərbələr endirib. İki ABŞ rəsmisi agentliyə ABŞ obyektlərinə ziyan dəymədiyini bildirib.

ABC telekanalının məlumatına görə, ABŞ hərbçiləri arasında itki yoxdur. Reuters mənbələrə istinadən xəbər verir ki, hücumda kürd iş adamı Peşrav Dzeyi və onun bir neçə ailə üzvü, həmçinin “yüksək rütbəli kürd kəşfiyyat rəsmisi” həlak olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Ən çox oxunanalar