Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov polşalı həmkarını regional vəziyyət barədə məlumatlandırıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı baş tutub...

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov Polşa Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə həmkarını təbrik edib. AzərbaycanPolşa arasında ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıqdan bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında yüksək səviyyəli dostluq, hörmət və strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, energetika, alternativ enerji, humanitar və s. sahələr üzrə ikitərəfli münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin, habelə parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın irəlilədilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etdikdən sonra sülh üçün geniş imkanlar yarandığı qeyd edilib.

Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.

Daha sonra, qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu açıqlandı - Yenilənib

Ən çox oxunanalar