Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Rusiyaya qarşı kollektiv nüvə arsenalı yarada bilər

Avropadakı NATO ölkələri Rusiyaya qarşı şans əldə etmək üçün ümumi nüvə qüvvələri yaratmalı olacaqlar...

Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın müşaviri olmuş Duq Bandou "American Conservative" jurnalı üçün yazdığı məqalədə bildirib.

"Avropanın öz silahlı qüvvələrini gücləndirməsi daha çox pul və səy tələb edəcək. Nüvə qüvvələrinin yerləşdirilməsi ilə bu prosesi sürətləndirmək olar", deyə ekspert bildirib.

O qeyd edib ki, Rusiyanın nüvə arsenalını nəzərə almadan Rusiya Silahlı Qüvvələri Avropadan daha üstündür. Duq Bandounun fikrincə, özünə məxsus kütləvi qırğın silahları avropalılara Rusiya Federasiyasına qarşı əlavə şans verə bilər.

Keçmiş müşavir həmçinin qeyd edib ki, Fransa və Böyük Britaniya artıq nüvə arsenalına malikdir, lakin bu iki ölkə ondan Baltikyanı dövlətlər naminə istifadə etməyəcək. Ronald Reyqanın keçmiş müşavirinin fikrincə, Avropa dövlətləri Avropa İttifaqı və ya NATO tərəfindən idarə olunacaq kollektiv nüvə qüvvələrinə ehtiyac duyurlar.

Bundan əlavə, o qeyd edib ki, bu cür tədbirlər qlobal təhlükəsizlik üçün risklərlə bağlıdır. Duq Bandounun fikrincə, Avropa ölkələri özlərinin nüvə qalxanı ilə örtüldüyünü bilərək, Rusiyaya qarşı daha riskli addımlar ata biləcəklər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ən çox oxunanalar