Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşkəsəndə qanunsuz kömür istehsalının qarşısı alınıb

Daşkəsən Rayon Polis Şöbəsinin və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla istismar etdikləri kömür quyuları aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Poliqon-a verilən məlumata görə, qanunsuz kömür istehsal edən üç nəfərin rayonun Tapan kənd sakinləri olduqları müəyyən edilib. Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.

Bundan başqa, Rayon Polis Şöbəsinə Rayon Xəstəxanasının arxa hissəsindəki məişət tullantıları üçün nəzərdə tutulmuş ərazidə silah-sursat olması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmlar həyata keçirib və ərazidən bir ədəd 7.62 mm-lik “Kalaşnikov” avtomatı və həmin avtomatın üzərinə quraşdırılmış qumbaraatan aşkar edilərək götürülüb. Bununla bərabar polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində altı nəfər rayon sakini saxladıqları müvafiq sənədləri olmayan, müxtəlif kalibirli ov silahlarını polisə könüllü təhvil verib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Ən çox oxunanalar