Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ukraynaya yardımın kəsilməsi Qərbin və NATO-nun parçalanmasına səbəb ola bilər...

Bəzi Qərb mətbu orqanlarına görə, bu ildə Qərb Ukraynanın parçalanmasını və hazırda işğal altında olan ərazilərin Rusiyaya verilməsi ilə bağlı Putinlə razılığa gələcəklər...

Samir Hümbətov: “Bəlkə də, hansısa formada Qərb ölkələrinin bir sıra liderləri daha uzunmüddətli münaqişənin getməsinin tərəfdarı olmaya bilərlər. Amma ümumilikdə götürəndə Kollektiv Qərbin strateji planında Rusiya ilə Ukrayna arasında uzunmüddətli müharibənin davam etdirilməsidir”.

“Bu elə bir prosesdir ki, burada geri çəkilmə təkcə Ukraynanın parçalanması demək deyil, həm də Kollektiv Qərbin parçalanması deməkdir”.

Bu sözləri politoloq Samir Hümbətov Rusiya və Ukrayna müharibənin indiki mərhələsini Poliqon-a şərh edərkən qeyd edib.

Ukraynaya maliyyə yardımı paketləri istər ABŞ-da istərsə də, Avropa İttifaqında dalana dirənib. Bəzi Qərb mətbu orqanları isə yazırlar ki, 2024-cü ildə Qərb Ukraynanın parçalanmasını və hazırda işğal altında olan ərazilərin Rusiyaya verilməsi ilə bağlı Putinlə razılığa gələcəklər.

Ukrayna münaqişəsinin belə bir nəticə ilə sonuclanmasına ehtimal vermək olar? Ümumiyyətlə, Qərbin hazırda Ukraynaya qarşı sərgilədiyi davranışları necə dəyərləndirmək olar?

Qərbin Ukraya və Rusiya müharibəsindəki rolunu Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Qərb bilir ki, əgər Putin oranı qoparsa və bunu rəsmiləşdirsələr, artıq Putinin hədəfində Moldova, sonra Baltikyanı ölkələr və digərləri ola bilər”.

Rusiyanın istənilən formada bu prosesi davam etdirə biləcəyini qeyd edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu baş versə, artıq NATO-nun mövcudluğu da sorğulanmağa başlaya bilər:

“Bəlkə də, hansısa formada Qərb ölkələrinin bir sıra liderləri daha uzunmüddətli münaqişənin getməsinin tərəfdarı olmaya bilərlər. Amma ümumilikdə götürəndə Kollektiv Qərbin strateji planında Rusiya ilə Ukrayna arasında uzunmüddətli müharibənin davam etdirilməsidir. Çünki Qərbin aşağıdakı məqsədləri var:

Birincisi, Rusiyanın ram edilməsinin yolu müharibənin davam etdirilməsi, Rusiya iqtisadiyyatının zəiflədilməsidir.

İkincisi, bu kontekstdə Ukraynanı zəiflədərək, onu Qərbdən asılı vəziyyətə salmaq istəyirlər.

Bu müharibənin sonunda Ukraynanın Avropa İttifaqına, zamanla NATO-ya daxil edilməsi ilə hadisələri yeni məcaraya gətirmək istəyirlər. Mən düşmürəm ki, Kollektiv Qərb Ukrayna ərazilərinin Rusiya tərəfindən tam işğal edilib rəsmiləşdirilməsinə göz yumalar. Çünki onlar bilirlər ki, əgər Putin oranı qoparsa və bunu rəsmiləşdirsələr, artıq Putinin hədəfində Moldova, sonra Baltikyanı ölkələr və digərləri ola bilər.

Samir Hümbətov: “Qərb dövlətləri 2023-cü ildə dalana dirənmiş yardım paketləri məsələsini 2024-cü ildə həll edə bilərlər”.

Yəni Rusiya istənilən formada bu prosesi davam etdirə bilər. Bu baş versə, artıq NATO-nun mövcudluğu da sorğulanmağa başlaya bilər. Avropa İttifaqının daxilində ciddi çatlar yarana bilər. Ümumiyyətlə, Kollektiv Qərbin təhlükəsizlik məsələsi sorğulana bilər. Məncə, buna görə Qərb ölkələri istəsələr də, istəməsələr də bu və ya digər formada Ukraynaya dəstək verməyə məcburdurlar.

Bu elə bir prosesdir ki, burada geri çəkilmə təkcə Ukraynanın parçalanması demək deyil, həm də Kollektiv Qərbin parçalanması deməkdir. Bu da həm Rusiyanın əlini gücləndirə bilər, gələcəkdə Avropanın təhlükəsizliyinə ciddi təhdid yara bilər, eyni zamanda NATO daxilindəki dövlətlərin özləri belə NATO-nu sorğulamağa başlaya bilər. Bütün bunları nəzərə alıb Qərb dövlətləri 2023-cü ildə dalana dirənmiş yardım paketləri məsələsini 2024-cü ildə həll edə bilərlər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Putin yeni hökümət üzvlərini gələcək planların həyata keçirilməsinə ciddi yanaşmağa çağırıb

Ən çox oxunanalar