Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail “Hizbullah”la problemi sülh yolu ilə həll etməyə hazır olduğunu bəyan edib

“İsrail “Hizbullah” təşkilatının silahlı qüvvələrinin fəaliyyət göstərdiyi Livanla sərhəddə gərginliyi azaltmaq üçün diplomatik yola üstünlük verərdi, lakin bu problemin sülh yolu ilə həllinə getdikcə daha az vaxt qalır”.

Bunu İsrailin müdafiə naziri Yoav Qalant İsrailə səfərə gəlmiş ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Eymos Hokstin ilə görüşündə deyib.

İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Qalant ölkənin müdafiə strukturlarının İsrailin şimalında və Livanla sərhəddə təhlükəsizlik reallığını dəyişdirməkdə qətiyyətli niyyətini bəyan edib və 80 min köçkün israillinin öz evlərinə qayıtmasına dair prioritet məsələni vurğulayıb.

“Yalnız bir mümkün nəticə var - şimalda vətəndaşlarımızın təhlükəsiz qayıtmasına imkan verəcək yeni reallıq. Lakin biz yol ayrıcındayıq: üstünlük verdiyimiz diplomatik razılaşmalar üçün çox az vaxt qalıb. Biz İranın marioneti olan “Hizbullah”ın təhdidlərinə yol verməyəcəyik və vətəndaşlarımızın təhlükəsizliyini təmin edəcəyik”, - deyə nazir bildirib.

 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Hokstin ilə görüş nazirliyin Təl-Əvivdəki qərargahında baş tutub. Qalantdan başqa, İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi, İsrailin ABŞ-dəki səfiri Maxael Hersoq və Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri iştirak ediblər.

Poliqon.info 


Etiket: Yoav Qalant


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar