Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP sürücülərə müraciət edib: Avtomobilinizi qaçıra bilərlər...

DYP nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı sürücülərə müraciət edib...

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı cinayətlərin qarşısının alınması və açılması istiqamətində Daxili İşlər Nazirliyi, o cümlədən Dövlət Yol Polisi ötən il ərzində də bir sıra zəruri tədbirlər həyata keçirib:

"Lakin qeyd olunmalıdır ki, bu qəbildən olan hüquqpozmaların baş veməsinə münbit şərait yaradan amillər hələ də mövcuddur. Belə ki, sözügedən cinayət əməlinin obyekti əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, eləcə də işıqlandırılmayan yol sahələrində saxlanılan, həyəcan siqnalları ilə təchiz edilməyən, kilit sistemi zəif olan, habelə asan hərəkətə gətirilən nəqliyyat vasitələri olur. Nəqliyyat vasitələri sahiblərinin avtomobillərini müxtəlif şəraitdə, əsasən avtotəmir, yaxud avtoyuma məntəqələrində tanımadıqları şəxslərə etibar etməsi də hüquqazidd əməllərin törədilməsinə şərait yaradır. ​

BDYPİ avtomobil sahiblərinə və sürücülərə müraciət edərək​ onları bu növ cinayətlərin qarşısının alınması, eləcə də əmlakın hüquqazidd əməllərdən qorunması üçün qeyd olunan xüsusatlara diqqət yetirməyə, qabaqlayıcı tədbirlərin görülməsində polisə dəstək olmağa çağırır".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Ən çox oxunanalar