Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: 2025-ci ilin noyabr ayında Rusiya qoşunları Qarabağdan çıxarılacaq...

Ceyhun Bayramov Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyindən danışıb...

Samir Hümbətov: “Əslində, indi rus sülhməramlılarının orada qalmasına heç bir ehtiyac yoxdur. Yalnız müqaviləyə görə orada qalırlar”.

Rusiya ordusunun bu tarixdə Qarabağdan çıxması ilə bağlı hər hansı fors-major vəziyyət üçün əsas olmalıdır və bu dəqiqə üçün o əsas yoxdur”.

Bu sözləri politoloq Samir Hümbətov Azərbaycan xarici işlər nazirinin Rusiya sülhməramlıları ilə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyindən danışıb. Ceyhun Bayramovun dediyinə görə Qarabağda sülhməramlıların qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub.

Rusiya ordusu bu tarixdə Qarabağdan çıxması ilə bağlı hər hansı fors-major vəziyyətin yaranmasına ehtimal vermək olar? Hansı halda Rusiya sülhməramlıları 2025-ci ildən də sonra Qarabağda qala bilər?

Qarabağdakı Rusiya sülhməramlılarının taleyini Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Rusiyanın orada qalması üçün heç bir fors-major vəziyyət yoxdur”.

2025-ci ildə rus sülhməramlılarının vaxtı bitəndən sonra onların Qarabağı tərk etməli olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağda qalması artıq müzakirə predmeti deyil:

“2025-ci ilin noyabr ayına qədər Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində qalmaq məsələsi var. Əslində, indi rus sülhməramlılarının orada qalmasına heç bir ehtiyac yoxdur. Yalnız müqaviləyə görə orada qalırlar. Amma 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlılarının Qarabağda qalması üçün hər hansı bir əsas yoxdur. Ola bilsin ki, onlar ermənilərin Qarabağa qayıtmasına ümid edirlər. Bu zaman Rusiya sülhməramlıları sülhməramlı adı altında Qarabağda qalmaq istəyərlər.

Hesab edirəm ki, Azərbaycan dövləti, xüsusilə Azərbaycan prezidenti İlham Əliyev bu məsələni diqqətdə saxlayır. Ortada tarix var və beynəlxalq birlik, Türkiyə də bunu diqqətdə saxlayır. 2025-ci ilin noyabr ayında artıq Rusiya qoşunları Azərbaycanın Qarabağ bölgəsindən çıxarılacaq.

Samir Hümbətov: “Hətta, ermənilər Qarabağa qayıtsa belə, onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Azərbaycanın daxili qüvvələri də öz işlərini peşəkarlıqla görəndən sonra orada başqa dövlətin nümayəndələrinə ehtiyac yoxdur”.

Rusiya ordusunun bu tarixdə Qarabağdan çıxması ilə bağlı hər hansı fors-major vəziyyət üçün əsas olmalıdır və bu dəqiqə üçün o əsas yoxdur. Çünki Qarabağda qalan ermənilər kəndlərdə yaşayırlar. Onların heç rus sülhməramlılarından, rus sülhməramlıların da onlardan xəbəri yoxdur. Artıq 3 aydan çoxdur ki, həmin ermənilər sakit öz həyatlarını yaşayırlar və Azərbaycan dövləti onlara yaşamaları üçün təminat veribdir. Bu baxımdan düşünürəm ki, Rusiyanın orada qalması üçün heç bir fors-major vəziyyət yoxdur.

Hətta, ermənilər Qarabağa qayıtsa belə, onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Azərbaycanın daxili qüvvələri də öz işlərini peşəkarlıqla görəndən sonra orada başqa dövlətin nümayəndələrinə ehtiyac yoxdur. Buna görə də, 2025-ci ildə rus sülhməramlılarının vaxtı bitəndən sonra onlar Qarabağı tərk etməlidirlər. Rusiya sülhməramlılarının Qarabağda qalması artıq müzakirə predmeti deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Ən çox oxunanalar