Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güclü külək səbəbindən Bakıda 27 ağac aşdı - Foto

Ölkə ərazisində güclü şimal-qərb küləyi müşahidə edilir. Küləkli hava şəraiti paytaxtın bir sıra ərazilərində fəsadlara səbəb olub. 

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən  bildirilib ki, şəhərin müxtəlif ərazilərində 27 ağac aşıb:

“Gecə saatlarından bu dəqiqələrə qədər daxil olan məlumat əsasında, güclü külək səbəbindən 27 ağacın aşması faktı aşkarlanıb. Aşan ağacların yaratdığı fəsadlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən dərhal aradan qaldırılıb”.

Fotolardan da göründüyü kimi, ağacların aşması nəticəsində parklanmış nəqliyyat vasitələrinə maddi ziyan dəyib. 

Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə qeyd edib ki, güclü hava şəraiti səbəbindən əhalinin elektrik enerjisi ilə təminatında hər hansı problem qeydə alınmayıb.  

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova mətbuata açıqlamasında bildirib ki, BakıAbşeron yarımadasında küləyin maksimum sürəti saniyədə 29 metrə çatıb. Eləcə də Qobustanda küləyin maksimum sürəti 23, Balakən, Şəki, Altıağac, Naftalanda 20, əksər rayonlarda isə 19 m/s-yə çatacaq. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb. Gün ərzində yarımadanın bəzi yerlərində isə küləyin maksimum sürəti 33-38 m/s-yə çatacaq. (oxu.az)

Poliqon.info 

 

 
 


Etiket: Ağac


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar