Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış həkim: “Yanlış diaqnozları aradan qaldırmağın tək çıxış yolu var” - Foto

Son günlər xəstələrə qoyulmuş yanlış diaqnozlar, həkimlərin səhvləri ölkə gündəmini zəbt edib...

Bu məsələni yenidən gündəmə gətirən isə bir neçə gün öncə tanınmış bloqerin diş müalicəsi zamanı yanlış diaqnozun qoyulması oldu.

Amma tək bu deyil. Bir neçə il öncə ölkədə cərrahiyyə əməliyyatı zamanı xəstənin sol ayağını kəsmişdilər. Halbuki, sağ ayaq kəsilməli idi. Nəticədə xəstə həkimin bir səhv qərarı ilə hər iki ayağından oldu. Artıq bəzi insanların həkimlərə güvəni o qədər azalıb ki, onlar eyni diaqnozu təsdiqlətmək üçün bir neçə həkimə müraciət etdirməli olurlar. 

Maraqlıdır, belə halların qarşısı necə alınmalıdır? 

Bu barədə Lent.az-a tanınmış həkim, tibb üzrə elmlər doktoru Adil Qeybulla münasibət bildirib.

A. Qeybulla bildirib ki, bu tip hallar zaman-zaman dünya təcrübələrində də müəyyən edilir:

“Bütün xəstələrə diaqnoz qoyularkən müəyyən kliniki protokollara riayət edilir. Konkret şikayətlərə əsaslanmalıdır. Həmin şikayət yoxlanılmalı, ona uyğun göstəriş verilməlidir. 

Dünyanın hər yerində xəstəyə səhv diaqnoz qoyula bilir. Bəzən diaqnoza gəlib çıxmaq olmur. Hətta onkoloji xəstəliklərdə metastaz tapılır, amma birinci mənbə tapılmır. Lakin görürük ki, adi xəstəliklərdə, diaqnozun qoyulmasında konkret bir yol olduğu zaman da belə yanlış diaqnozlar verilir. Burda səhvə yol vermək olmaz. Yanlış diaqnoz xəstəliyin qızıl dövrünün itirilməsinə, xəstəliyin daha da irəliləməsinə gətirib çıxara bilər.

Onun sözlərinə görə, yanlış diaqnozları aradan qaldırmağın tək çıxış yolu var:

“Hesab edirəm ki, bu problemlərdən çıxışın bir yolu var. İstər xəstənin diaqnoz, istərsə də müalicə zamanı biz dünyada qəbul edilmiş kliniki protokolların tətbiqinə başlamalıyıq. Yəni dünyanın getdiyi yol budur, biz də bu yolla getməliyik”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Macarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Şuşada Prezident İlham Əliyevin adından TDT-nin dövlət və hökumət başçılarının şərəfinə nahar verilib

Barış Akarsunun 17 ildən sonra ortaya çıxan son görüntüsü gündəm oldu - Video

Ən çox oxunanalar