Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistandakı separatçılar aktivləşib - Paşinyan höküməti isə bu çağırışlara göz yumur...

Qarabağ separatçılarının son lideri Samvel Şahramanyan İrəvan hakimiyyəti ilə yaxınlaşıb...

Politoloq: “Qarabağ mövzusu AzərbaycanErmənistan arasında keçirilən danışıqlardan kənarlaşdırılıb. Bu da təbiidir”.

“Əlbəttə, Ermənistanın siyasi rəhbərliyi bu seperatçı düşüncədə, revanşizmin iddiasında olan fikirləri əlində rəhbər tutarsa, bu Ermənistanın siyası rəhbərliyinin sülhdən maraqlı olmadığını göstərəcək”.

Bu sözləri politoloq İlyas Hüseynov Qarabağ separatçılarının aktivləşməsini Poliqon-a şərh edərkən qeyd edib.

Qarabağ separatçılarının son lideri Samvel Şahramanyan 44 günlük müharibənin şərtlərini araşdırmaq üçün Ermənistan parlament komissiyasının iclasında iştirak etdikdən sonra İrəvan hakimiyyəti ilə yaxınlaşıb.

İndiki məqamda separatçıların hansısa, aktivliyinin Ermənistan Azərbaycan arasındakı gələcək sülh müqaviləsinə, münasibətlərin normallaşma prosesinə təsiri ola bilərmi? Digər tərəfdən, son zamanlar Qarabağın yenidən sülh müqaviləsinə daxil edilməsi ilə bağlı çağırışlar artmağa başlayıb. Bir çox erməni siyasətçiləri və politoloqları hesab edirlər ki, Qarabağ problemi öz həllini tapmayıb. Bu çağırışlar sülh səylərinə necə təsir edir? Paşinyan höküməti bu və ya digər şəkildə bu çağırışların təsiri altına düşə bilər?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Belə erməni siyasətçilərinin fikirlərini Ermənistan hakimiyyəti nəzərə almamalıdır”.

Bizim uzun müddət ərzində Paşinyanın bu cür manevrlərini gördüyümüzü xatırladan politoloq Poliqon-a açıqlamasında bildirib ki, daxili auditoriyada revanşist istəkləri rəhbər tutaraq bunu danışıqlar masasına yatırır və bundan istifadə edir, vaxtı uzadırdı:

“Qeyd etmək lazımdır ki, Qarabağ mövzusu AzərbaycanErmənistan arasında keçirilən danışıqlardan kənarlaşdırılıb. Bu da təbiidir. Çünki könüllü surətdə Qarabağı tərk edən şəxslərin təhlükəsizliyi və hüquqları haqqında danışmaq da doğru olmaz. Bəli, Azərbaycan reinteqrasiyada maraqlıdır və reinteqrasiya ilə bağlı planlarımız var. Bu planlar, infrastruktur layihələrin həlli ilə bağlı müraciətlər, çağırışlar uzun müddətdir ki, irəli sürülür. Lakin hazırkı gündəlikdə olan məsələ tamamilə fərqlidir. Sülh müqaviləsinin mətni ilə bağlı müzakirələrdə Qarabağ ermənilərinin hüquqları, təhlükəsizliyi haqqında məsələlərin daxil edilməsi də doğru olmaz.

Eyni zamanda biz görürük ki, Qarabağdakı separatçıların son lideri Samvel Şahramanyan və keçmiş Təhlükəsizlik Şurasının sədri Samvel Babayanın sülhə zidd və sülhlə uyğunluq təşkil etməyən açıqlamaları görünməkdədir. Babayan daha çox radikal formada çıxış edir. Şahramanyan məhz Qarabağ erməniləri haqqında nələrsə deyir.

İlyas Hüseynov: “Sülh müqaviləsi ilə bağlı konkret müzakirələr gedir və ikitərəfli danışıqlarda nəticələr də göz qabağındadır”.

Düşünürəm ki, belə erməni siyasətçilərinin fikirlərini Ermənistan hakimiyyəti nəzərə almamalıdır. Çünki Ermənistan hakimiyyəti bu yolla gedərsə, daha çətin durum yaran bilər və sülhə əngəl formalaşa bilər. Əlbəttə, Ermənistanın siyasi rəhbərliyi bu seperatçı düşüncədə, revanşizmin iddiasında olan fikirləri əlində rəhbər tutarsa, bu Ermənistanın siyası rəhbərliyinin sülhdən maraqlı olmadığını göstərəcək.

Biz uzun müddət ərzində Paşinyanın bu cür manevrlərini görmüşük. Yəni daxili auditoriyada revanşist istəkləri rəhbər tutaraq bunu danışıqlar masasına yatırır və bundan istifadə edir, vaxtı uzadırdı. Amma bu gün vaxtı uzatmaq vaxtı deyil. Praktiki fəaliyyət önəmlidir. Sülh müqaviləsi ilə bağlı konkret müzakirələr gedir və ikitərəfli danışıqlarda nəticələr də göz qabağındadır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Norveç, İrlandiya və İspaniya Fələstini suveren ölkə kimi tanıyıb

Ərdoğan: “İsrail Qəzzada dayandırılmasa, dünya yeni münaqişələrlə üzləşəcək”

Ən çox oxunanalar