Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Ermənistana öz limanlarına çıxış imkanı verəcək

Ermənistan İrəvan və Tehran arasında sənaye əməkdaşlığına dair memorandum imzaladıqdan sonra İran limanlarından daha sərfəli şərtlərlə istifadə edə biləcək...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan bildirib.

Dekabrın əvvəlində İrəvan və Tehran sənaye əməkdaşlığına dair memorandum imzalamaq barədə razılığa gəliblər ki, bu da Ermənistan tərəfinə İran limanlarından istifadə etməyə imkan verəcək.

"Hazırda tərəflər müzakirə aparır, memorandumun imzalanması ilə bağlı razılıq əldə olunub", deyə Teryan bildirib.

Ermənistan tərəfi sənədi imzaladıqdan sonra sadələşdirilmiş qaydada, xüsusən də İranın üç əsas limanından - Ənzəli, Bəndər Abbas, Çabahardan istifadə edə biləcək.

İrəvanın Çabahar limanındakı operator fəaliyyətinə gəlincə, məsələ İran və Hindistanla müzakirə mərhələsindədir.

Xatırladaq ki, Ermənistan İran və Hindistanı birləşdirən multimodal yüksək sürətli yükdaşıma marşrutunun yaradılması üzərində işləyir. Söhbət Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə paralel marşrutdan gedir ki, bu da Hindistan mallarının Qara dəniz vasitəsilə Rusiya Federasiyasına və Avropa ölkələrinə daşınması marşrutunu qısaldır. İrəvan və Yeni Dehli beynəlxalq avtomobil daşımaları üzrə ikitərəfli sazişin imzalanması ilə bağlı danışıqlara başlayıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar